İRAN AZƏRBAYCANIN YARATDIĞI YENİ REGİONAL REALLIQLARI QƏBUL ETMƏYƏ BAŞLAYIB

Azərbaycan və İran arasındakı münasibətlər son illərdə mürəkkəb və dəyişkən mərhələlərdən keçib. Bir tərəfdən iki ölkə arasında iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq imkanları genişlənib, digər tərəfdən isə ikitərəfli münasibətlərdə siyasi gərginlik dövrü yaşanıb. Xüsusilə, İranın Ermənistanla hərbi-siyasi münasibətləri, sərhədyanı bölgələrdə keçirilən təlimlər və Azərbaycana qarşı sərt ritorika, Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aktı Bakının…

ətraflı

2024-CÜ İLDƏ AZƏRBAYCANDAN TAİLANDA İXRAC OLUNAN NEFTİN HƏCMİ 9-DƏFƏ ARTIB

MTM-in Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin rəsmi internet resursları əsasında apardığı təhlilə əsan, 2024-cü ildə Azərbaycandan ixrac olunan xam neftin həcmi əvvəlki ilə nisbətən 9,4% azalaraq 23,60 milyon ton təşkil edib. 2023-cü ildə bu göstərici 26,05 milyon ton səviyyəsində olub. Azalmaya səbəb kimi qlobal enerji bazarındakı tendensiyaları, hasilat həcminin dəyişməsini və xarici bazarlardakı…

ətraflı

İRƏVANIN SÜLH İMİTASİYASI YARATMASI REGİONDA DAYANIQLI SABİTLİYƏ İMKAN VERMİR

Azərbaycan “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzərində müzakirələrin tezliklə yekunlaşmasında, regionda dayanıqlı sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə əməli addımlar atır. Lakin ölkəmizin regionda dayanıqlı sülhün təmini, münaqişə səhifəsinin birdəfəlik bağlanması istiqamətində reallaşdırdığı tədbirlər Ermənistan tərəfindən heç də adekvat qarşılanmır. Bunun ən bariz nümunəsi rəsmi İrəvanın Azərbaycan tərəfinin beynəlxalq hüquqa…

ətraflı

ERMƏNİSTAN AZƏRBAYCANIN ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI HAQLI TƏLƏBLƏRİNƏ BOYUN ƏYİR

Azərbaycan və Ermənistan arasında kommunikasiya əlaqələrinin bərpası iki ölkənin sülh şəraitində yaşamasının əsas şərtlərindən biridir. Bu hal münasibətlərin normallaşmasına xidmət etməklə yanaşı, ümumən Cənubi Qafqaz regionunun tərəqqisində də mühüm rol oynamaq iqtidarındadır. Elə bundan irəli gəlir ki, Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra kommunikasiya əlaqələrinin qurulması istiqamətində konkret  təkliflər irəli sürsə də, təşəbbüslər səsləndirsə…

ətraflı

ERMƏNİSTAN İŞĞAL DÖVRÜNDƏ TÖRƏTDİYİ EKOLOJİ CİNAYƏTLƏRİNƏ GÖRƏ TƏZMİNAT ÖDƏMƏLİDİR

Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğal dövründə ölkəmizin iqtisadiyyatına dəymiş ziyanın hesablanması, habelə təbii sərvətlərin qanunsuz istismarı faktları ilə bağlı beynəlxalq məhkəmələrdə iddiaların qaldırılması postkonflikt dövründə rəsmi Bakının həyata keçirdiyi hücum diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ciddi ekoloji problemlər yaratdığını, təbii sərvətləri qanunsuz olaraq taladığını, ekosid cinayətlərinə yol…

ətraflı

USAID-İN ÇOXAYLI BEYNƏLXALQ CİNAYƏTLƏRİ ÜZƏ ÇIXIR, AGENTLİYİN DÜNYADA SABİTLLİK ÜÇÜN CİDDİ TƏHDİD MƏNBƏYİ OLDUĞU TƏSDİQLƏNİR

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ətrafında baş verən proseslər okeanın o tayında daxili gərginliyə səbəb olmaqdadır. Çoxsaylı maliyyə maxinasiyaları, mənimsəmələrə yol verən agentliyin fəaliyyətinin dayandırılması ilə bağlı yeni ABŞ administrasiyasının addımlarına qarşı artıq ciddi bir müqavimətin göstərildiyi müşahidə edilir. USAID-in fəaliyyətinin tərəfdarı olanlar Konqresdəki Demokratların təmsilçiləri, müxtəlif ştat məhkəmələri vasitəsilə məqsədlərinə nail olmağa can…

ətraflı

AZƏRBAYCAN XARİCİ MÜDAXİLƏ VƏ TƏHDİD CƏHDLƏRİNƏ QARŞI BARIŞMAZ SİYASƏT YÜRÜDÜR

Son illərdə beynəlxalq hüquq normalarını iflic vəziyyətə salan əsas amillərdən biri də dünya siyasətinin aparıcı dövlətlərin imperialist iddialarından asılı vəziyyətə düşməsidir. Soyuq müharibənin əsas siyasi-ideoloji qütbləri və hədəfləri, demək olar ki, dəyişməyib: daha çox dövləti koloniyaya, for-posta çevirməklə qlobal maraqları gerçəkləşdirmək, əzələ nümayişi ilə hegemonluq iddialarını həyata keçirmək cəhdləri bu gün də aşkar sezilir. Bəzi…

ətraflı

USAID-İN QARAYAXMA KAMPANİYASI İLƏ MƏŞĞUL OLAN DAĞIDICI MEDİA ŞƏBƏKƏSİ DÜNYA BOYU İFŞA EDİLİR

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ölkənin xərclərini azaltmaq üçün ABŞ-ın bir sıra inzibati xidmətlərinin bağlanmasını zəruri hesab etdiyini bildirib. Sözügedən istiqamətdə onun həyata keçirdiyi fəaliyyət çoxsaylı maraqlı, bəzən də şok effekti yarada bilən məlumatları üzə çıxarmaqdadır. Bu məlumatların bir çoxundan indi dünya ictimaiyyəti, o cümlədən illərlə pullarının havaya sovrulmasına konkret faktların timsalında…

ətraflı

Vüsal Qasımlı Türk dünyasının biznes liderlərinə Azərbaycanın investisiya imkanlarından danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları İttifaqı (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə çıxış edib. O, əsas makroiqtisadi göstəricilər barədə məlumat verərək bildirib ki, Azərbaycan iqtisadiyyatı son 30 ildə dörd dəfə artıb. Ötən…

ətraflı

“AZADLIQ RADİOSU” VƏ “AMERİKANIN SƏSİ” KİMİ YALAN MƏLUMAT RUPORLARI SUSDURULUR, ABŞ MEDİA SİYASƏTİNİ DƏYİŞİR

Yeni ABŞ administarsiyasında Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsini icra edən və hazırda dünyanın ən varlı adamı statusunu daşıyan İlon Mask korrupsiya və digər vəsait mənimsənilməsinin qarşısını almaq üçün genişmiqyaslı fəaliyyətə başlayıb. Onun bu addımı Prezident Donald Tramp tərəfindən də tam şəkildə dəstəklənir. Maskhəm də ABŞ vergi ödəyicilərinin pullarını xaricdə müxtəlif  şübhəli layihələrə sərf edən,…

ətraflı