ŞKTR ətrafındakı vəziyyət barədə…
Aİ-Mərkəzi Asiya sammitindən sonra ŞKTR mövzusu aktual mövzuya çevrilib. Belə ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Kipr məsələsi birbaşa qeyd olunmasa da, dövlətlərin suverenliyi və ərazi bütövlüyü mövzusu kontekstində tərəflər öz öhdəliklərini bir daha vurğulayıblar. Bəyannamədə istinad olunan sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Türkiyənin Kiprdəki hərəkətlərini pisləyən 541 (1983) və 550 (1984) saylı qətnamələri…
