AZƏRBAYCANIN CƏNUBİ QAFQAZDA DAHA BİR TƏŞƏBBÜSÜ REALLAŞIR: REGİONDA VAHİD MÜZAKİRƏ PLATFORMASI YARADILIR
Azərbaycan, Gürcüstan və Ermənistanı özündə birləşdirən Cənubi Qafqaz çox böyük geosiyasi əhəmiyyətə, zəngin irsə və böyük iqtisadi potensiala malik regiondur. Strateji cəhətdən Avropa və Asiyanın kəsişməsində yerləşən bu ərazi enerji resursları, ticarət yolları və regional əlaqə üçün mühüm tranzit dəhlizi rolunu oynayır. Bu üstünlüklərə baxmayaraq, region tarixi münaqişələr, parçalanmalar, ziddiyyətlər, tərəqqiyə mane olan digər gərginliklərlə…
