MULTİKULTURALİZM MƏRKƏZİNİN TƏŞKİLATÇILIĞI İLƏ AZƏRBAYCANIN XRİSTİAN DİNİ İCMA NÜMAYƏNDƏLƏRİ POLŞAYA SƏFƏR EDİB
Bakı Beynəlxalq Multikulturallizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərliyi ilə Azərbaycanın katolik, pravoslav, protestant və Alban-udi xristian dini icmalarının nümayəndələrindən ibarət heyət Polşaya səfər edib. Səfər müddətində bir sıra görüşlər keçirilb. İlk görüş Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviç, arxiyepiskop Mixal Yanoxa ilə baş tutub. Görüş zamanı Azərbaycanın tolerantlıq və multikulturalizmə sadiqliyi, eləcə də…
