Sülh Forumunda Kimlər Iştirak Edəcək?

İsveçrədə 15-16 iyun tarixlərində Ukraynaya həsr olunmuş Sülh Forumu keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski bu foruma bir çox dövlət liderini dəvət edib. Zelenski xüsusi olaraq ABŞ Prezidenti Cozef Baydenin və Çin lideri Si Cinpinin tədbirə qatılmasını istəyir. Zelenski bu iki dövlətin liderinə şəxsən çağırış edib. Ukrayna prezidenti hesab edir ki, ABŞ və Çin liderlərinin tədbirə…

ətraflı

Prezident Seçkisinə Hansı Dövlətlər Müdaxilə Edəcək?

ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində rəqiblər bəllidir. Bu Ağ Evin hazırki sahibi Cozef Bayden və keçmiş prezident Donald Trampdır. Ancaq hər ikisiylə bağlı müəyyən sualla da mövcuddur. Cozef Baydenin yaşı və xəstəliyi ona prezident yarışmasında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Cozef Bayden mübarizədən geri çəkilərək partiyadaşlardan birinə…

ətraflı

Ada Mühasirədədir

Çinin Tayvan bölgəsindəki hərbi təlimlərə başlaması beyməlxalq aləmdə böyük narahatlıq yaradıb. Çin silahlı qüvvələri hərbi təlimlər vasitəsilə adanı mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edib. Çin ordu komandanlığının yaydığı xəritələrdə hərbi gəmilərin adanın hər tərəfində yerləşdirildiyi göstərilib. Çin ordusu ada ətrafında real döyüş imkanlarını nəzərdən keçirir. Çin komandanlığının yaydığı bəyanatında…

ətraflı

Limanlara Nəzarət Uğrunda Mübarizə Genişlənib

Pakistan Çinlə ittifaqı gücləndirmək siyasətinə sadiqdir. İki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməklə yanaşı ortaq layihələrin sayı da artıb. Çin yük daşımalarda Pakistan limanlarından istifad edir. İslamabad Qvadar limanını Pakistan üçün sabitlik, sülh və firavanlıq simvolu sayır. Çin konteynerləri bu limandan gəmilərə yüklənir. Açılışı 2016-c ildə həyata keçirilən bu liman Çinin “bir kəmər, bir yol”…

ətraflı

Süni Intellekt Uğrunda Mübarizə Şiddətlənib

ABŞ prezidenti Co Bayden administrasiyası ölkəsinin süni intellektini Çin və Rusiyadan qorumaq səylərində yeni cəbhə açmağa hazırlaşır. Bayden ötən ilin oktyabr ayında fərman verərək süni intellekt çalışmalarının dövlət nəzarətinə götürülməsinə qərar verib. ABŞ mediası prezidentin bu qərarını aqressiv adlandırsa da, bu işdə ixtisaslaşanlar vurğulayırlar ki, Amerikanın buna ehtiyacı var idi. Ən maraqlısı odur ki, süni…

ətraflı

Tayvan Yenə Gündəmdədir

Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Lai Çinq-Te Pekinlə dialoq tərəfdarı olsa da, Çin hakimiyyəti onunla müzakirəni hələ məqbul saymır. Pekin hesab edir ki, Tayvanın prezidenti adada Çinlə yaxınlaşmaq istəyən vətəndaşlara və siyasi partiyalara təzyiq edir. Bu gərginlik…

ətraflı

Sülh Forumu Və Olimpiada Müharibəyə Əngəl Deyil

Volodimir Zelenski iyunun 16-da İsveçrədə keçiriləcək Sülh Forumuna xüsusi əhəmiyyət verir. Kiyev bu foruma mümkün qədər çox dövlətin iştirakını arzulayır. Ukraynalı diplomatlar bu məqsədlə müxtəlif dövlətlərin rəsmiləri ilə intensiv danışıqlar aparırlar. Kiyev Rusiya ilə tərəfdaş olan ölkələrə də müraciət edib. Misal üçün Volodimir Zelenski “Franse Presse” agentliyinə müsahibəsində Çinin də forumda iştirakını arzuladığını bildirib.  Zelenski…

ətraflı

Rusiya Və Əsas Tərəfdaşı Nə Ilə Barışmayacaq?

Rusiya prezidenti Vladimir Putinin Çinə iki günlük rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşıyıb. Çin lideri Si Cinpin aylar öncəsi Putini ölkəsinə dəvət etmişdi. Putin səfərlərini prezident seçkisindən sonrasına saxlamışdı. Putinin seçkidən sonra iki səfər seçimi var idi. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Putini Si Cinpinin dəvətindən əvvəl Ankaraya dəvət etmişdi. Putin…

ətraflı

Ticarət Müharibəsinin Miqyası Genişlənib

ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji məhsullarına tarifləri artıran qərar imza atıb. “The Wall Street Journal” dərgisinin yazdığına görə, Baydenin qərarıyla artırılan rüsum Çində istehsal olunan minerallara, günəş panellərinə və batareyalara da tətbiq ediləcək. Bununla Vaşinqton Avropa İttifaqının üzləşdiyi problemdən yayına bilib. Brüssel də Avropaya…

ətraflı

Hindistan-Iran Marşrutu Azərbaycandan Keçəcək

Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. “The Economic Times” nəşrinin yazdığına görə, sənəd Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbanand Sonoval və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanıb. Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın…

ətraflı