QƏRBİN QƏRƏZLİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI ONUN ÖZ MÖVQEYİNƏ, MARAQ VƏ MƏNAFELƏRİNƏ XƏLƏL GƏTİRİR
İkili standartlar, qərəzli və ədalətsiz yanaşmalar dünya miqyasında Qərbə olan etimadın sarsılması ilə müşayiət edilməkdədir. Artıq ölkələrin mütləq əksəriyyəti, xüsusən də qlobal Cənub dövlətləri beynəlxalq düzənin necə olması ilə bağlı Qərb nöqteyi-nəzərini bölüşmürlər. Bunun ümdə səbəblərindən biri Qərbin ikili standartlar siyasəti, Qərb modelinə etibarın itməsidir. Ümumiyyətlə, digər ölkələrə münasibətdə ABŞ və Avropanın yol verdiyi çoxsaylı…
