AZƏRBAYCAN-ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ YENİ VAHİD GEOSİYASİ REGİONDA PROSESLƏRİN İNKİŞAF AXARINA MÜƏYYƏNLƏŞDİRƏN ƏSAS AMİLƏ ÇEVRİLİR
Mərkəzi Asiya və Cənubi Qafqazın artan geosiyasi, geoiqtisadi əhəmiyyəti təkcə Avrasiya məkanında yox, artıq qlobal miqyasda xüsusi diqqət cəlb edir. Elə bundan irəli gəlir ki, bu regionlarla, orada yerləşən ölkələrlə əməkdaşlığın dərinləşdirilməsinə dünyada böyük önəm verilir. Bunu dünyanın müxtəlif siyasi, iqtisadi qütblərində yer alan ölkələrin, təşkilatların təmsilçilərinin sözügedən regionlara intensivləşən səfərləri, qurulan təmaslar da təsdiq…
