Cari ildə Azərbaycan Avropaya qaz ixracını 9 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr təbii qaz ixrac edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,8 milyard kubmetr və ya 9,3 % artıb. Azərbaycandan xaricə qaz satışı ümumilikdə 18,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 4,2 % çoxdur. Azərbaycandan Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr (2,7 %) azalaraq 7,3 milyard kubmetrə enib, Gürcüstana isə eyni həcmdə…
