ABŞ-ÇİN TOQQUŞMASI DÜNYA İQTİSADİYYATINDA YENİ REALLIQLAR YARADA BİLƏR
ABŞ Prezidenti Donald Trampın Çinə verdiyi son ultimatum qlobal ticarət sistemində yeni bir gərginlik dalğasının xəbərçisidir. Trampın “Truth Social” platformasında paylaşdığı “əgər Çin 34 faiz tarif artımını geri götürməzsə, 9 apreldən etibarən ABŞ Çindən gələn məhsullara 50 faiz əlavə rüsum tətbiq edəcək” bəyanatı təkcə ikitərəfli münasibətlərin pisləşməsi deyil, həm də dünya iqtisadiyyatında yeni təlatümlərin baş vermə…
