CƏNUBİ QAFQAZDA REGİONAL ƏMƏKDAŞLIQ VƏ İNTEQRASİYA ÜÇÜN YENİ İMKANLAR YARANIB
İran İslam Respublikası Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin yekunları fonunda Cənubi Qafqazda regional əməkdaşlıq, o cümlədən də 3+3 formatı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Səfər müddətində müzakirə olunmuş bu format üzrə danışıqların bərpası və davam etdirilməsi kifayət qədər real hesab olunur. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli…
