Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq
Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” XVII Beynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib. Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov imzalayıblar. Memoranduma əsasən Moskva…
