Vüsal Qasımlı BVF-nin İİTKM-də keçirdiyi təlimdə təqdimatla çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) keçirdiyi “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” təlim proqramı çərçivəsində təqdimatla çıxış edib. Təqdimat “Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi” (Azərbaycanın dataəsaslı idarəetməsi) mövzusunda olub. Vüsal Qasımlı mövzunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət…

ətraflı

İranın İsrailə raket hücumu və Yaxın Şərq genişmiqyaslı müharibənin astanasında

2023-cü il oktyabrın 7-də Həmasın İsrailə hücumu ilə başlayan müharibə və sonrasında İsrail ordusunun İran-dəstəkli Həmas və Hizbullah qüvvələrinə qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi uğurlu əməliyyatlar nəhayət ki, İranın da birbaşa iştirak edəcəyi regional müharibə ilə nəticələnə bilər. Belə ki, sentyabrın 27-i Hizbullah lideri Həsən Nəsrallahın Livanın paytaxtı Beyrutda İsrailin hava hücumları nəticəsində öldürülməsindən sonra…

ətraflı

COP29 KİÇİK ADA ÖLKƏLƏRİNİN XİLAS YOLUNU MÜƏYYƏNLƏŞDİRƏN ƏSAS PLATFORMA OLACAQ

Aparılan tədqiqatlar göstərir ki, qabaqlayıcı tədbirlər görülməsə, yaşadığımız əsrin ortalarına qədər, milyonlarla insanın yaşadığı kiçik ada ölkələrinin böyük əksəriyyəti dəniz səviyyəsinin dəyişməsi səbəbindən daha kəskin şəkildə iqlim dəyişmələrinin nəticələrini hiss edəcəklər. Araşdırmalar  onu da üzə çıxarır ki, gələcək təbii fəlakətlər nəticəsində meydana çıxacaq itkilər kiçik ada dövlətləri üçün həyati təhlükələr yaradır. Hazırda sözügedən müstəvidə yaranan…

ətraflı

Multikulturalizm Mərkəzində “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masanın moderatoru  Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə bildirib ki, BMT-nin İqlim Dəyişmələri Konfransı – COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin bir araya gəldiyi ən önəmli platformalardan biridir. COP29-da məqsəd, Paris İqlim Sazişi çərçivəsində…

ətraflı

QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub

2024-cü ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar informasiya sessiyası keçirilib. Sessiyada COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, Ekologiya və təbii sərvətlər nazirliyinin…

ətraflı

Malayziya nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Oktyabr ayının  10-da Malayziyanın Baş nazirinin siyasi məsələr üzrə müşavirinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Mərkəzin icraçı direktoru Rəvan Həsənov qonaqlara Azəbaycan multikulturalizmi və dövlətimizin multikulturalizm siyasəti haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda multikultural dəyərlər əsrlərdən bəri son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç…

ətraflı

Vüsal Qasımlı Britaniya İslam Ticarət Assosiasiyasının rəhbərini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Britaniya İslam Ticarət Assosiasiyasının baş icraçı direktoru Valid Cahangiri qəbul edib. Görüş zamanı V.Qasımlı bildirib ki, qlobal halal ərzaq bazarının dəyəri 2021-ci ildə 2 trilyon ABŞ dolları həcmində olub. 2027-ci ilə qədər bu göstəricinin 3,9 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. O vurğulayıb ki,…

ətraflı

ERMƏNİSTANIN “SƏLİBÇİ XAÇI” TƏXRİBATI…

Səlibçi xaçı tarixi baxımdan xristianlığın yayılmasını ehtiva edən simvoldur. Bu simvolun Azərbaycanla sərhəddə nümayiş etdirilməsi Ermənistanın dini və mədəni fərqləri vurğulaması mənasına gəlir. Rəsmi İrəvan bununla əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda bu simvolla  qıcıq yaratmağa, qonşu ölkəni dini baxımdan təhdid etməyə çalışır. Bu cür simvolların sərhəddə nümayiş etdirilməsi Azərbaycan və Ermənistan arasında onsuz da…

ətraflı

ABŞ-IN SANKSİYALAR SİYASƏTİ BUMERANQ EFFEKTİ VERİR, VAŞİNQTONUN İKİÜZLÜLÜYÜNÜ DÜNYA BOYU İFŞA EDİR

ABŞ başda olmaqla Qərb ölkələrinin bir çoxunun sanksiyalar siyasəti beynəlxalq münasibətlər sistemində yeniliklərə yol açmaqla yanaşı, artıq bəzi hallarda bumeranq effekti ilə müşayiət olunmaqdadır. Aparılan təhlillər göstərir ki, barəsində bəhs olunan sanksiyalar artıq uzun müddətdir ki, müxtəlif geosiyasi, iqtisadi məqsədlərə nail olmaq, bəzən isə digər ölkələrinin suverenliyini məhdudlaşdırmaq məqsədi ilə istifadə olunur. Hazırda Qərb, o…

ətraflı

AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ REGİONDA SÜLHƏ VƏ İNKİŞAFA XİDMƏT EDİR

Azərbaycan və Rusiya özünəməxsus tarixi, mədəniyyəti, siyasi və iqtisadi xüsusiyyətləri olan iki müstəqil ölkə kimi qarşılıqlı münasibətlərini dinamik şəkildə inkişaf etdirirlər. Bu, hər iki ölkənin  maraq və mənafelərinə cavab verməklə yanaşı, beynəlxalq müstəvidə tərəflərə əlavə üstünlüklər qazandırır. Azərbaycan öz xarici siyasətində dünyanın bütün dövlətləri ilə balanslaşdırılmış  münasibətlər qurur ki, bu da Rusiya daxil olmaqla bütün…

ətraflı