22-25 aprel tarixlərində Mərkəzin tədqiqatçısı Gülxanım Məmmədova ATƏT-in “Sülh üçün Qadın liderliyi” proqramı çərçivəsində keçirilmiş şəbəkələşmə görüşündə iştirak etmək üçün Avstriyada səfərdə olub. Bu proqram ATƏT-in qadın liderlər, o cümlədən sülh qurucuları və vasitəçilər üçün şəbəkə platformasının qabaqcıl proqramlarından biridir. Proqramda ATƏT regionunda sülh quruculuğu, münaqişələrin həlli və/və ya onların qarşısının alınmasında 16 fəal qadın iştirak edib. Proqramın əsas məqsədi iştirakçıların liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və karyera yüksəlişlərini dəstəkləməkdir. Proqram 2024-cü ilin iyuna ayına kimi davam edəcək.