Bakı Limanı Trans-Avrasiya ticarətini asanlaşdırır (Birinci hissə)

2024-cü ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Bakı Limanının genişləndirilməsinin ikinci mərhələsinə başlamaq üçün 12 milyon ABŞ dolları həcmində investisiya ayrılmasına göstəriş verib. Bu mərhələ limanın illik yükaşırma qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı hədəfləyir. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə və buna cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalar səbəbilə bölgədə davam edən geosiyasi qeyri-sabitlik mövcud ticarət marşrutlarını pozub. Bu geosiyasi təlatümlər Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən bir tranzit dövləti kimi əhəmiyyətini daha da artırır. Bakı Limanı isə İpək Yolu üzərindəki strateji mövqeyindən istifadə edərək şərq-qərb istiqamətində əlaqə üçün əsas nəqliyyat qovşağına çevrilməyi hədəfləyir.

Azərbaycan ərazisindən keçən Orta Dəhliz (və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin Xalq Respublikası (ÇXR) ilə Avropa arasında Rusiyanı yan keçən yeganə əlverişli quru ticarət marşrutu olan önəm qazanmışdır. Şimal Dəhlizi boyunca yaranmış fasilələr və problemlər səbəbindən Avrasiya ölkələri və biznes subyektləri alternativ ticarət marşrutları axtarışına çıxarkən Bakı üzərindən keçən Orta Dəhliz həyati əhəmiyyət daşıyan bir arteriyaya çevrilib.

Xəzər dənizinin qərb sahilində yerləşən Bakı Limanı son illərdə ticarət üçün əsas mərkəzlərdən birinə çevrilib. Azərbaycan regional və qlobal tərəfdaşlarla birgə Bakı Limanını dayanıqlı əlaqə və logistika mərkəzinə çevirmək istiqamətində ciddi addımlar atır. 2010-cu illərdə Azərbaycan hökuməti Bakı Limanının köçürülməsi və inkişafı üzrə genişmiqyaslı bir layihə həyata keçirmişdi. Şəhərin mərkəzində yerləşən, məhdud imkanlara malik liman infrastrukturu ləğv edilərək, Bakıdan təxminən 70 kilometr (43,5 mil) cənubda yerləşən Ələt qəsəbəsində yeni liman kompleksi inşa olunmuşdu ki, bu da limanın genişlənməsi üçün əlverişli şərait yaratdı. 2018-ci ilin may ayında Prezident İlham Əliyev Ələtdəki yeni Bakı Limanının açılışını etdi. Liman 400 hektar (təxminən 1,5 kvadrat mil) ərazini əhatə edir. İnkişafın birinci mərhələsində limanın illik yükdaşıma qabiliyyəti 15 milyon tona çatdırılıb, o cümlədən 100 min iyirmi futluq ekvivalent konteynerin (TEU) daşınması mümkün olmuşdur. Limanda müasir bərə terminalları, dəmir yolu bağlantıları, anbar sahələri və azad ticarət zonası yaradılmış, bu isə onu tammiqyaslı bir logistika qovşağına çevirmişdir.

2024-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən elan edilmiş genişləndirmənin ikinci mərhələsi limanın illik yükaşırma qabiliyyətini 25 milyon ton yükə və 500,000 iyirmi futluq ekvivalent konteynerə (TEU) çatdırmağı hədəfləyir. Genişləndirmə planına yeni konteyner terminallarının tikintisi, əlavə lövbərlərin yaradılması və artan ticarət həcmini qarşılamaq üçün dəmir yolu ilə inteqrasiya olunmuş intermodal imkanların təkmilləşdirilməsi daxildir. Əgər Orta Dəhliz boyunca mövcud olan logistik maneələr aradan qaldırılarsa, 2035-ci ilə qədər Bakı Limanının konteyner ötürmə qabiliyyəti üç dəfə artırıla bilər.

*Məqalənin ingilis dilində olan tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://jamestown.org/program/the-port-of-baku-facilitates-trans-eurasian-commerce-part-one/