MOSKVANIN QIRMIZI XƏTLƏRİ: ERMƏNİSTANIN AVROPA KURSU VƏ KREMLİN CAVABI

Son dövrlərdə Ermənistan-Rusiya münasibətləri açıq şəkildə gərginlik və dərin etimadsızlıq mərhələsinə daxil olub. Uzun illər strateji müttəfiqlik kimi təqdim edilən bu münasibətlər indi faktiki olaraq qarşılıqlı narazılıqlar və siyasi soyuqluq fonunda formalaşır. Nikol Paşinyan hakimiyyətinin Qərbə, xüsusilə də Avropa İttifaqına doğru atdığı ardıcıl addımlar Moskva tərəfindən artıq sadəcə diplomatik narahatlıq kimi deyil, açıq siyasi xəbərdarlıqlar…

ətraflı

YUXARI LARS: ERMƏNİSTANIN DAR BOĞAZI

Ermənistanla Rusiya arasında yeganə quru əlaqə olan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin mütəmadi olaraq bağlanması İrəvanın illərdir üzləşdiyi strateji zəifliyi bir daha açıq şəkildə ortaya qoyur. Bu yolun bağlanması təkcə texniki və ya mövsümi problem deyil, Ermənistanın regional kommunikasiyalardan kənarda qalmasının, alternativlərinin olmamasının və geosiyasi asılılığının simvoludur. Məhz bu kontekstdə rəsmi İrəvan TRIPP layihəsinin tez bir…

ətraflı

AZƏRBAYCANIN ƏRƏB DÜNYASI İLƏ DƏRİNLƏŞƏN ƏLAQƏLƏRİ HƏRB SAHƏSİNİ DƏ ƏHATƏ ETMƏYƏ BAŞLAYIR – TƏHLİL

Dünyanın bir çox ölkələrində olduğu kimi son onilliklərdə ərəb dövlətlərində hərbi sahənin inkişafı regional və qlobal təhlükəsizlik proseslərinin təsiri altında sürətli xarakter alıb. Bunu şərtləndirən səbəb həm də odur ki, Yaxın Şərq və Şimali Afrika regionu uzun müddətdir, geosiyasi gərginliklərin, silahlı münaqişələrin və terror təhdidlərinin mərkəzində yer alır. Bu amillər ərəb dövlətlərini öz müdafiə qabiliyyətlərini…

ətraflı

AZƏRBAYCAN GƏNCLİYİ TARİX YARADAN GÜCDÜR

Azərbaycanda gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev onları ölkəmizin gələcək qurucuları adlandırır, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Uzaqgörən siyasətçi kimi Heydər Əliyev bilirdi ki, yaxın gələcək Azərbaycan gəncliyinin önündə…

ətraflı

AZƏRBAYCAN DÜNYANIN DİQQƏTİNİ XƏZƏR DƏNİZİNİN EKOLOJİ PROBLEMLƏRİNƏ YÖNƏLDİR

Xəzər dənizinin səviyyəsindəki dalğalanmalar həmişə sahilboyu ölkələrdə iqtisadi mexanizmlərin yenidən qurulmasına gətirib çıxarır ki, bu da hər zaman milyardlarla dollarlıq xərclərə səbəb olur. Bəllidir ki, 1930-cu ildən başlayaraq Xəzər dənizinin səviyyəsi sürətlə enməyə başladı və bu tendensiya 1977-ci ilə qədər davam etdi. Həmin dövrdə dənizin səviyyəsi 3 metrdən çox aşağı düşdü. Bu, dənizin intensiv geri…

ətraflı

ERMƏNİSTAN TƏHLÜKƏSİZLİK KONSEPSİYASININ İFLASA UĞRADIĞINI ETİRAF EDİR

Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar fonunda Ermənistan rəhbərliyi ölkəsinin uzun illər üstünlük verdiyi, ərazi ilhaqına köklənmiş təhlükəsizlik və xarici siyasət konsepsiyasının iflasa uğradığını açıq şəkildə etiraf edir. 2020-2023-cü illər ərzində üzləşdiyi hərbi-siyasi uğursuzluqlar da göstərir ki, bu ölkənin işğalçılığa və etnik separatçılığa xidmət edən dövlət ideologiyası puça çıxıb. Bu reallıqlar fonunda…

ətraflı

ROBERT KÖÇƏRYAN NİKOL PAŞİNYANI İRANA QARŞI QOYUR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Tramp yolu” adlandırılan regional nəqliyyat-logistika təşəbbüsü ilə bağlı son açıqlamaları, əslində, yeni siyasi analizdən çox, köhnə revanşist reflekslərin növbəti təzahürüdür. Köçəryan iddia edir ki, bu yol ABŞ-nin İrana qarşı planlarının tərkib hissəsidir, Vaşinqton Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir və layihənin Ermənistan üçün iqtisadi faydası yoxdur. Maraqlıdır ki, bir müddət əvvəl…

ətraflı

AZƏRBAYCAN-QAZAXISTAN ƏLAQƏLƏRİ MƏRKƏZİ ASİYA REGİONU ÜÇÜN YENİ İMKANLAR AÇIR

Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir və bu baxımdan Qazaxıstanla əlaqələri xüsusi vurğulamaq olar. İkitərəfli münasibətlər son illərdə ənənəvi tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik mərhələsinə qədəm qoyub. Yerləşdiyi bölgədə xüsusi siyasi və iqtisadi çəkisi olan Qazaxıstanla əlaqələrin genişləndirilməsi rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Rəsmi Astananın da…

ətraflı

ERMƏNİSTAN MÜXALİFƏTİNDƏ DƏRİNLƏŞƏN PARÇALANMA PARLAMENT SEÇKİLƏRİNDƏ HAKİM PARTİYANIN QƏLƏBƏ ŞANSLARINI ARTIRIR

Cari ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkədə ictimai-siyasi proseslərin əsas axarına indidən yön verən faktora çevrilib. Seçkilərin nəticələri Ermənistanın gələcəyini müəyyənləşdirməklə yanaşı, regionda sülh və əməkdaşlıq atmosferinə də təsirsiz ötüşməyəcək. Sirr deyil ki, revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan və Ermənistan arasında barış, münasibətlərin normallaşdırlması istiqamətində görülən işlər təhlükə altına düşəcək. Hətta…

ətraflı

BAKI-PEKİN XƏTTİ CƏNUBİ QAFQAZIN GEOSİYASİ ARXİTEKTURASI ÜÇÜN MÜHÜM SİQNALLAR VERİR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Çinə rəsmi səfəri və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə planlaşdırılan görüşü təkcə ikitərəfli diplomatik təmas kimi deyil, həm də dəyişən qlobal nizam fonunda Bakının strateji istiqamətlərinin aydın göstəricisi kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycan-Çin münasibətlərinin məzmun baxımından yeni mərhələyə keçdiyini nümayiş etdirir. Belə ki, son illərdə…

ətraflı