BMTM və Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu arasında birgə elmi nəşrlərin hazırlanması barədə razılıq əldə olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bişkek şəhərinə səfəri çərçivəsində 12 iyun 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunda görüş keçirilib. Sözügedən beyin mərkəzinin direktoru Sancar Mukanbetov institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək son vaxtlar təşkilati baxımdan yenidən strukturlaşma baş verdiyini bildirib. Görüş…

ətraflı

BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatı keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli məruzənin əhəmiyyətini vurğuladı. Sədr bildirdi ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses…

ətraflı

BMTM-də “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib

07.06.2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada bu sahə üzrə ixtisaslaşan ölkənin qanunvericilik və mərkəzi icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin…

ətraflı

Türk Mədəniyyəti Araşdırma Mərkəzinin rəhbəri İİTKM-də olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova İstanbul Yeditepe Universitetinin Türk Mədəniyyəti Araşdırma Mərkəzinin rəhbəri Ecem Elif Ünal ilə görüşüb. Görüş zamanı V.Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan araşdırmalar, iqtisadi tədqiqat mərkəzləri və akademik…

ətraflı

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabın təqdimatı keçirilib

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı və nəşrində dəstək olduğu, müəllifi Fərman Salmanlı olan “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabın təqdimatı 2024-cü il iyun ayının 5-də Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında keçirilib. Kitabda bələdiyyələrin tarixi,fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar əksini tapıb. Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri  kitabda Çar dövrü,cümhuriyyət dövrü və…

ətraflı

BMTM-də “Prezident İlham Əliyevin xarici siyasət uğurları 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib

05.06.2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyevin xarici siyasət uğurları 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, broşürdə 2003-2023-cü illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasət, səfərlər, görüşlər, reallaşdırılan beynəlxalq layihələr və bir sıra məsələlər sistemli…

ətraflı

Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə görüş keçirilib

Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə Mərkəz arasında görüş keçirlimişdir. Görüşdə Mərkəzi Bank tərəfindən İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin rəisi Vüsal Hüseynov, İstehlakçılarla iş departamentinin Müraciətlərin təhlili bölməsinin rəhbəri Nərmin Xəlilova, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin əməkdaşı İlham Hacı-zadə, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Mərkəzin…

ətraflı

Zahid Oruc Türkiyədən gələn qonaqlarla görüşdü

Sosial Tədqiqatlar Mərkəzində STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Türkiyədən gələn qonaqlarla görüşüb. Görüşdə Türkiyə Maarif Vəqfinin sədri, professor Birol Akgün, Türkiyə Maarif Vəqfinin Qəyyumlar Şurasının üzvü, professor Nevzat Şimşek, Türkiyə Maarif Vəqfinin Azərbaycan təsilçisi Sərdar Gündoğan, Türkiyə Maarif Vəqfi Müşahidə Şurasının üzvü Salih Ünal, STM-in icraçı direktoru Sahib Məmmədov və STM-in sektor…

ətraflı

İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçısı Qustavo Ramires və Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin makroiqtisadçısı Martin Fukaç ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov Azərbaycanın sosial-iqtisadi inkişafı strategiyaları, dövlət proqramlarının hədəfləri, icrasının monitorinq və qiymətləndirilməsində Mərkəzin fəaliyyəti barədə…

ətraflı

RUMINİYA UNİVERSİTETİNDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLİB

Rumıniyanın Aleksandr İoan Kuza Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzi  Azərbaycan ədəbiyyatına həsr olunmuş tədbirdə Azərbaycanın Müstəqillik Gününü  qeyd edib. Tədbirdə universitetin professoru, Azərbaycan multikulturalizmini tədris edən  Lyudmila Bejenaru məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan müəlliflərinin müxtəlif dillərə tərcümələri sayəsində Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında bilik əldə etmək xalqları birləşdirməklə yanaşı, həm də…

ətraflı