Sosial Tədqiqatlar Mərkəzində STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Türkiyədən gələn qonaqlarla görüşüb. Görüşdə Türkiyə Maarif Vəqfinin sədri, professor Birol Akgün, Türkiyə Maarif Vəqfinin Qəyyumlar Şurasının üzvü, professor Nevzat Şimşek, Türkiyə Maarif Vəqfinin Azərbaycan təsilçisi Sərdar Gündoğan, Türkiyə Maarif Vəqfi Müşahidə Şurasının üzvü Salih Ünal, STM-in icraçı direktoru Sahib Məmmədov və STM-in sektor müdiri Əfqan Vəliyev iştirak ediblər. Görüşdə STM ilə Türkiyə Maarif Vəqfi arasında gələcək əməkdaşlıq perspektivləri və ortaq layihələrin mümkünlüyü ilə bağlı müzakirələr aparılıb. Qonaq heyət qeyd edib ki, Türkiyə Maarif Vəqfinin 52 ölkədə 467 məktəbi var, Albaniyada universitetləri fəaliyyət göstərir, Azərbaycanda bir məktəbləri mövcuddur, yaxın zamanlarda ikinci məktəbin də açılması planlaşdırılır. STM-in Türkiyə-Azərbaycan münasibətlərini hər zaman ön olanda tutduğunu bildirən Zahid Oruc bundan sonrakı dövrdə də qarşılıqlı fəaliyyətin yeni istiqamətləri üzrə davamlı müzakirələrin labüd olduğunu bildirib.
Daha ətraflı: https://stm.az/az/news/1364/zahid-oruc-turkiyeden-gelen-qonaqlarla-gorusdu