Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ege Universitetinin rektoru Necdet Budakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Univerisiteti arasında ikili diplom proqramının fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm…

ətraflı

İİTKM-də Beynəlxalq Valyuta Fondunun təlimi başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) dövlət qurumlarının nümayəndələrinə keçdiyi təlim proqramı başa çatıb. “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramını 10 dövlət qurumundan 25 nümayəndə uğurla tamamlayıb. Bağlanış mərasimində çıxış edən BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke bildirib ki, bir…

ətraflı

Multikulturalizm Mərkəzi treninq keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində bir sıra layihələri uğurla həyata keçirməyə davam edir.  Bu kontekstdə  Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, həmin qurumların əməkdaşları üçün treninq keçirilib. Onlayn qaydada təşkil olunan treninq 7-11 oktyabr tarixlərini əhatə edib. Treninq çərçivəsində  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin…

ətraflı

Topçubaşov Mərkəzi və Macarıstan səfirliyi COP29 ilə bağlı birgə dəyirmi masa keçirmişdir

Oktyabrın 11-də Topçubaşov Mərkəzinin və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub. Paytaxt Bakının ev sahibliyi edəcəyi və dünyanın ən böyük tədbirlərindən biri olan COP29 ərəfəsində baş tutan bu dəyirmi masada Azərbaycan və Macarıstandan dövlət rəsmiləri və ekspertlər iştirak…

ətraflı

Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib

Göygöl rayonunda Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və KOTRA Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib. Forumu giriş sözü ilə Koreyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Youkyoung Hwang açıb. O, ölkələrarası əməkdaşlığın önəmi və kənd təsərrüfatı sahəsində aparılan birgə işlər, xüsusi ilə COP29 çərçivəsində həyata keçirilən layihələrin…

ətraflı

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və direktor müavini Namiq Şalbuzov Gürcüstanın paytaxtı Tbilisi şəhərində Leybnis Keçid İqtisadiyyatı Ölkələrində Kənd Təsərrüfatının İnkişafı İnstitutu (IAMO) və ISET Siyasət İnstitutunun (ISET-PI) birgə təşkil etdiyi “Cənubi Qafqaz regionunda aqro-ərzaq dəyər zəncirlərinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər. Rəşad Hüseynov tədbirdə “COP və dayanıqlı kənd təsərrüfatı” mövzusunda təqdimatla…

ətraflı

Vüsal Qasımlı BVF-nin İİTKM-də keçirdiyi təlimdə təqdimatla çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) keçirdiyi “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” təlim proqramı çərçivəsində təqdimatla çıxış edib. Təqdimat “Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi” (Azərbaycanın dataəsaslı idarəetməsi) mövzusunda olub. Vüsal Qasımlı mövzunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət…

ətraflı

Multikulturalizm Mərkəzində “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masanın moderatoru  Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə bildirib ki, BMT-nin İqlim Dəyişmələri Konfransı – COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin bir araya gəldiyi ən önəmli platformalardan biridir. COP29-da məqsəd, Paris İqlim Sazişi çərçivəsində…

ətraflı

QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub

2024-cü ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar informasiya sessiyası keçirilib. Sessiyada COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, Ekologiya və təbii sərvətlər nazirliyinin…

ətraflı

Malayziya nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Oktyabr ayının  10-da Malayziyanın Baş nazirinin siyasi məsələr üzrə müşavirinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Mərkəzin icraçı direktoru Rəvan Həsənov qonaqlara Azəbaycan multikulturalizmi və dövlətimizin multikulturalizm siyasəti haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda multikultural dəyərlər əsrlərdən bəri son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç…

ətraflı