Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi

BMTM-in şöbə müdiri Vasif Hüseynov və məsləhətçi Aynur Abbassoyun həmmüəllif olduğu “Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi” başlıqlı məqaləsi “Eurasia Review” nəşrində dərc edilib. Məqalədə İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan geosiyasi vəziyyətlə bağlı ətraflı məlumat verilir. Qeyd edilir ki, Rusiya ilə soyuyan münasibətləri fonunda Ermənistan Fransa və Hindistanın timsalında özünə yeni himayədar-müttəfiqlər axtarır. “Bu kontekstdə Hindistan və Ermənistan arasındakı…

ətraflı

Beynəlxalq Avrasiya Mətbuat Fondunun layihəsi uğurla icra olunmaqdadır

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə böyük qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Minasız dünya təşəbbüsü – BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi” adlı layihəsi uğurla icra olunmaqdadır. Layihə çərçivəsində BMT-nin Cenevrə ofisində keçirilməsi planlaşdırılan əsas tədbirin təşkili və hazırlıqları üçün 08-12 sentyabr tarixlərində BAMF prezidenti və…

ətraflı

Azərbaycan-Ermənistan sülh prosesi və 907-ci düzəliş

907-ci düzəlişin tarixçəsi: qəbulu və dondurulması 6 avqust 1992-ci ildə ABŞ Konqresi SSRİ-in dağılmasından sonra Rusiya və yeni müstəqil digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatına keçidi sürətləndirmək məqsədilə Azadlığa Dəstək Aktı (Freedom Support Act) sənəd qəbul etdi. Sonradan sənədə humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə kimi əlavə istiqamətlər də daxil edilmişdir. Maraqlıdır ki, elə…

ətraflı

BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər?

Azərbaycan BRICS-ə üzv olmaq üçün müraciət etdikdən sonra bu qlobal formata diqqət artıb. Bu ənənəvi qarşılıqlı əlaqə formatı deyil. Burada, məsələn, daimi katiblik yoxdur. Müzakirələr qarşılıqlı maraq doğuran ayrı-ayrı mövzular üzrə aparılır. Əgər təşkilatın bütün iştirakçıları arasında konsensus yoxdursa, bu, daxili böhrana çevrilmir, sadəcə olaraq müəyyən mövzular və layihələr üzrə ölkələrarası qruplaşmalar yaranır. Azərbaycanın maraq…

ətraflı

Tarixin bumeranqı qayıdır – Professor Tahirə Allahyarovanın yeni araşdırması

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana yardımının dəfələrlə artırması. Diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi • Vətən müharibəsində Zəfər-birmənalı olaraq həm də “ikili standartlar” üzərində çalınan misilsiz qələbə, ədalətin Zəfəridir Ərazi bütövlüyümüz bərpa ediləndən sonra kollektiv Qərbin Ermənistana “yağış kimi yağan” hərbi, iqtisadi, təhlükəsizlik və s. yönlü yardım kisələrinin ağzı aşırı səxavətlə açılıb, maddi, maliyyə…

ətraflı

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Ermənistan Konstitusiyası niyə dəyişməlidir?” sərlövhəli məqaləsi “Anadolu Ajansı”nda dərc edilib. Müəllif məqalədə Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni ilə bağlı aparılan danışıqlardakı fikir ayrılıqlarına diqqət çəkərək hazırda əsas əngəlin Ermənistan Konstitusiyası olduğunu bildirir. “Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Ermənistan Müstəqillik Bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistan torpağı…

ətraflı

Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri

Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib….

ətraflı

AVROPANIN BƏZİ DÖVLƏTLƏRİ VƏ TƏŞKİLATLARI ANTİ-AZƏRBAYCAN RİTORİKASINI DAVAM ETDİRİR

Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi, dövlət suverenliyimizin bərpası və qanunsuz xunta rejiminin iflası ilə nəticələnən lokal antiterror tədbirlərindən sonra Fransa başqa olmaqla, Avropanın bəzi dövlətlərinin və siyasi institutlarının ölkəmizə qarşı apardıqları qərəzli kampaniya səngimək bilmir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) kimi təşkilatların ötən dövrdə reallıqdan uzaq bəyanat və qətnamələrlə rəsmi Bakının…

ətraflı

ABŞ-IN ERMƏNİSTANA YARDIMI SÜLH DANIŞIQLARINI TƏHDİD EDİR

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla USAİD-in bu ölkədəki missiyasının direktoru Con Alelo arasında əldə edilən razılaşmaya guya fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi…

ətraflı

AZƏRBAYCANIN REGİON ÖLKƏLƏRİ İLƏ GENİŞLƏNƏN HƏRBİ ƏMƏKDAŞLIĞI GEOSİYASİ TƏHDİDLƏRİ NEYTRALLAŞDIRIR

Sülh danışıqlarının hazırkı intensiv mərhələsində Ermənistan ərazisindən Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması rəsmi İrəvanın sülh danışıqlarının irəliləməsində maraqlı olması barədə bəyanatları ilə ziddiyyət təşkil edir. Görünən odur ki, qarşı tərəf bu yolla regionda süni gərginlik dalğası yaratmağa, məsuliyyəti ölkəmizin üzərinə atmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistanın son aylarda aqressiv silahlanması, Hindistan, İran…

ətraflı