ƏSASSIZ İDDİALARI ERMƏNİSTANI REGİONAL İNTEQRASİYA PROSESLƏRİNDƏN MƏHRUM EDİB
Rəsmi Bakının regionda sülh quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər, regional əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüslər rəsmi İrəvan tərəfindən adekvat qarşılanmır. Sözdə regionda sülh və sabitlikdə maraqlı olduğunu iddia edən Ermənistan rəhbərliyi reallıqda ölkəmizə qarşı təkcə ideloji-siyasi deyil, hərbi təxtibatlarını davam etdirir, mövqelərimizi atəşə tutur. Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı açıq ərazi iddialarının yer aldığı Ermənistanın…
