Sosial Tədqiqatlar Mərkəzində keçirilən “Türk Barometri” Beynəlxalq konfransı xarici mediada

“Türk Barometri 2024 – Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb.

2025-ci il aprelin 21-də Bakıda, Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 – Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən “Türk Dünyası 2040 Vizyonu” sənədində göstərilən hədəflərə uyğun olaraq, üzv ölkələr arasında hər il “Türk Barometri” adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.