ERMƏNİSTAN İDEOLOJİ DÜŞMƏN OBRAZINI DƏYİŞİR?
Bu dəfə hədəf köhnə müttəfiqdir. Ermənistan səkkizinci sinif dərsliyinə “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” adlı fəsil daxil etməklə növbəti dəfə Kremlin damarına basıb. Rusiya Xarici İşlər Nazirliyi bunu təxribat adlandırıb və “tarixi yenidən yazmaq” cəhdi kimi qiymətləndirib. Xarici siyasət idarəsi onu da bildirib ki, 1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü…
