Hindistan-Pakistan qarşıdurması: nüvə müharibəsinə yaxınlaşan gərginlik

XIX əsrin sonlarında Hindistanda Britaniya kolonializminə qarşı mübarizə vüsət aldı. XX əsrin əvvəllərində genişlənən bu mübarizə II Dünya müharibəsindən sonra müstəmləkəçilik sisteminin iflasa uğraması ilə kulminasiya nöqtəsinə çatdı. Bu mübarizədə iki əsas fiqur önə çıxırdı: əsasən hinduların təmsil olunduğu Hindistan Milli Konqresinin lideri Mahatma Qandi və Müsəlman Liqasının rəhbəri Məhəmməd Əli Cinnah. Subtropik Hindistanda fərqli…

ətraflı

AZƏRBAYCAN HƏM CƏNUBİ QAFQAZDA, HƏM DƏ ONUN SƏRHƏDLƏRİNDƏN KƏNARDA DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR

Geosiyasi, geoiqtisadi əhəmiyyəti təkcə Avrasiya yox, eyni zamanda bütün dünya üçün artan Cənubi Qafqazda Azərbaycanın dominant güc olması artıq beynəlxalq miqyasda qəbul olunur. Ölkəmiz strateji mövqeyi, davamlı böyüyən iqtisadiyyatı, hərbi gücü və dinamik xarici siyasəti ilə regionun lider ölkəsi statusunu daha da möhkəmləndirir. Bu hal İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar kontekstində…

ətraflı

Vaşinqtonun Tibetə marağı artıb

Mərkəzi Tibet Administrasiyasından Sikyong Penpa Tsering Çinin Tibet hüquqlarını və şəxsiyyətini davamlı şəkildə sıxışdırmasına birbaşa zidd olaraq Vaşinqtonda ABŞ konqresmeni Joe Wilson ilə görüşüb. Mərkəzi Tibet Administrasiyasının məlumatına görə, yüksək səviyyəli görüş Pekinin Tibet siyasətinə beynəlxalq müqavimətin artdığını vurğuladı. Konqresmen Wilson Dalay Lamaya heyranlığını ifadə edərək, onu qlobal sülh və ilham simvolu kimi xarakterizə edib….

ətraflı

Yenə Kuba, yenə qarşıdurma məkanı

ABŞ Konqresində Kubadakı şübhəli Çin müşahidə obyektlərinin varlığını əks etdirən yeni hesabatla bağlı dinləmələr keçirilib. Konqresmenlər Pekinin ABŞ yaxınlığında kəşfiyyat işini genişləndirə biləcəyi barədə Ağ Evi xəbərdar ediblər və Donald Tramp administrasiyasını Çinə qarşı daha sərt mövqe tutmağa çağırıblar. Nümayəndələr Palatasının Nəqliyyat və Dəniz Təhlükəsizliyi alt komitəsi tərəfindən təşkil edilən dinləmələr ABŞ-ın analitik mərkəzi olan…

ətraflı

STEM Mərkəzində “Nüvə texnologiyaları və beynəlxalq çağırışlar” mövzusunda seminar keçirilib

2025-ci il mayın 7-də STEM Analitik Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyevin iştirakı ilə qapalı ekspert görüşü keçirilib. Görüşün mövzusu “Nüvə texnologiyaları və beynəlxalq çağırışlar” olub. Müzakirələr zamanı iştirakçılar nüvə tədqiqatları sahəsində müasir tendensiyalar və innovasiyalar, nüvə energetikası üzrə qlobal tənzimləmə, nüvə gündəliyi ilə bağlı beynəlxalq danışıqların əsasları kimi…

ətraflı

FRANSA HAKİMİYYƏTİ AZƏRBAYCANLI QƏHRAMANLARIN XATİRƏSİNİ UNUTDURMAĞA ÇALIŞIR

Parisdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümünə həsr olunmuş rəsmi yubiley tədbirinə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayevanın dəvət edilməməsi protokol pozuntusu deyil, bu, Azərbaycanın və bütövlükdə tarixi ədalətin ünvanına yönəlmiş açıq hörmətsizlikdir. Təəssüf ki, son illərdə Parisin rəsmi mövqeyində müşahidə olunan anti-Azərbaycan meyilləri artıq sadəcə siyasi ritorikadan konkret davranışa keçib. Bu davranışlar nəinki…

ətraflı

Ukrayna həm fazişmin, həm də kommunizmin hədəfi olub

Ukrayna on ildən artıqdır ki, 8 may tarixində nasizm üzərində qələbə gününü qeyd edən Avropa ənənəsinə qoşulmuşdur. Həmin gün biz həmin dəhşətli, qanlı müharibənin milyonlarla qurbanını ehtiramla anırıq. Bu il 8 may tarixində bütün dünya, o cümlədən Ukrayna, nasizm üzərində qələbənin və Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd edəcək. Cəmiyyətimizdə bu günün…

ətraflı

“İqtisadi islahatlar” jurnalı “RePEc” biblioqrafik məlumat bazasına daxil olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı elmi məlumat bazası olan “RePEc”-ə (Research Papers in Economics) inteqrasiya olunub. 1997-ci ildən fəaliyyət göstərən “RePEc” iqtisadiyyat sahəsində aparılan tədqiqatların yayılması və elmi ictimaiyyətin bu tədqiqatlara asan çıxışının təmin edilməsi məqsədilə yaradılan dünyanın ən böyük açıq resurslarından biridir. “RePEc” biblioqrafik məlumat bazası olaraq…

ətraflı

FRİDRİX MERTZİN KANSLERLİYİ ALMANİYAYA VƏ AVROPA İTTİFAQINA NƏ VƏD EDİR?

Almaniyada baş verən siyasi dəyişikliklər təkcə ölkənin daxili həyatına deyil, bütövlükdə Avropa qitəsinə təsir edə biləcək əhəmiyyətli bir mərhələnin başlanğıcıdır. Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertzin kansler seçilməsi post-Merkel dövrünün zəif koordinasiyalı siyasətindən sonra Almaniyanın Avropa İttifaqında liderlik iddiasını bərpa etməyə yönəlmiş strategiyanın işarəsi kimi qiymətləndirilir. Qeyd edək ki, Fridrix Mertz Almaniyanın klassik sağ-mərkəzçi, iqtisadiyyata…

ətraflı

AZƏRBAYCAN-VYETNAM ƏLAQƏLƏRİ YENİ YÜKSƏLİŞ MƏRHƏLƏSİNƏ DAXİL OLUR

Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnam Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Elə Azərbaycan üçün də bu ölkə ilə qarşılıqlı əlaqələrin ən müxtəlif sferalarda dərinləşdirilməsi əsas maraq dairəsində yer alır. Ölkələrimiz Avrasiyada tranzit daşımalar və logistika baxımından önəmli rola malikdirlər. Qarşılıqlı əlaqələrin inkişafı isə bu kontekstdə də tərəflər üçün əlavə üstünlüklər…

ətraflı