İdarə Heyətinin sədri Fərid Şəfiyevin “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” beynəlxalq konfransında çıxışı
Hörmətli qonaqlar, xanımlar və cənablar, Sizi “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında görməkdən böyük məmnunluq duyuram. Tədbir əvvəlki illərdə olduğu kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və bir sıra beynəlxalq tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilir. Təşkilatçıların sayının ildən-ilə artdığını görmək bizi sevindirir. Bütün tərəfdaşlara və əlbəttə,…
