HEYDƏR ƏLİYEV FONDU SİVİLİZASİYALAR VƏ MƏDƏNİYYƏRLƏRARASI DİALOQA YENİ BÖYÜK TÖHFƏLƏR VERİR
Müasir beynəlxalq münasibətlər sistemində hadisələri inkişaf axarının getdikcə mürəkkəbləşməkdə, ziddiyyət və qarşıdurmaların miqyası daha da genişləşməkdədir. Bu kontekstdə humanitar fəaliyyət və aksiyalara bəşəriyyətin ehtiyacı əvvəlkilərdən daha çoxdur. Nəzərə alınmalıdır ki, humanitar fəaliyyət və diplomatiya yalnız yardımlarla məhdudlaşmır, o, həm də mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və sülhün möhkəmlənməsi üçün vacib vasitədir. Azərbaycan bu istiqamətdə də fəal…
