Hibrid təhdidlərə qarşı

Biz indi elə bir dövrdə yaşayırıq ki, müharibə top-tüfənglə deyil, məlumatla aparılır. Səngərlər dəyişib, silahlar dəyişib, hətta hədəf də dəyişib – bu gün hədəfdə şüur var, dəyərlər var, milli kimlik var. Əgər bir vaxtlar ölkələrin sərhədlərini topoqrafik xəritələr müəyyənləşdirirdisə, indi onları informasiya cəbhələri qoruyur. Bu mənada informasiya müharibəsi sadəcə siyasətin yeni forması deyil – bu,…

ətraflı

Vüsal Qasımlı İslam Maliyyə Forumunun açılışında çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlı Bakıda keçirilən “İslam Maliyyə Forumu 2025” tədbirinin açılış mərasimində çıxış edib. Forum “İqtisadi Resursların Öyrənilməsi” İB-nin təşəbbüsü, UNEC-in dəstəyi, İİTKM-in, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin…

ətraflı

Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala

Müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri elmi-tədqiqat və innovasiya proseslərinin qarşılıqlı əlaqəsidir. Rəqəmsallaşma və qlobal rəqabətin artdığı indiki dövrdə ölkələrin iqtisadi dayanıqlığı təbii resurslardan daha çox, bilik və informasiya kapitalının səmərəli idarə olunması ilə müəyyənləşir. Bu baxımdan “Tədqiqat və inkişaf” (R&D- Research and Development) və “İnnovasiya” anlayışları iqtisadi inkişafın iki bir-birini tamamlayan mərhələsi kimi çıxış…

ətraflı

Vüsal Qasımlı “PeşəFest-2025” tədbirində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2025″in Bakıdakı yekun tədbirində çıxış edib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub. Tədbirdə…

ətraflı

Azərbaycan-Qazaxıstan: 20 illik strateji tərəfdaşlıq

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir. Dövlət başçılarının bəyanatları siyasi münasibətlərin artıq dostluqdan qardaşlığa keçdiyini və bu əməkdaşlığın əsas sütununun iqtisadi-ticarət əlaqələri olduğunu təsdiqlədi. Prezident Tokayevin “iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir” fikri, Prezident İlham Əliyevin “bütün…

ətraflı

Davamlı sülhün Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirləri

Cənubi Qafqaz regionu geosiyasi və geoiqtisadi baxımdan Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Bununla belə, regionun təhlükəsizlik mühiti uzun illərdir bir sıra mürəkkəb amillərin təsiri altında formalaşmışdır. Əsas təsiredici faktorlar belə sıralana bilər: həll olunmamış münaqişələr, region dövlətləri arasında qarşılıqlı münasibətlər, bölgə daxilində institutlaşma səviyyəsinin zəifliyi, böyük güclərin rəqabəti və s. Qeyd olunan faktorlar Cənubi Qafqazda təhlükəsizlik…

ətraflı

Türk Dövlətləri Təşkilatının XII Zirvə Toplantısı: Müzakirə olunan əsas mövzular nələr idi?

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 12-ci Zirvə Görüşü 2025-ci ilin 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olundu. Zirvə çərçivəsində TDT-yə sədrliyin Qırğızıstandan Azərbaycana keçdi. Bütün üzv və müşahidəçi dövlətlərin ali səviyyədə təmsil olunması bu zirvənin TDT çərçivəsində keçirilən ən güclü görüşlərdən biri kimi dəyərləndirməyə əsas verdi. Zirvə sonunda…

ətraflı

AZƏRBAYCAN VƏ QAZAXISTAN MÜNASİBƏTLƏRİNİN DİNAMİK İNKİŞAF TÜRK DÜNYASININ MÖVQEYİNİ QLOBAL MİQYASDA DAHA DA GÜCLƏNDİRİR

Azərbaycan və Qazaxıstan münasibətlərinin sürətli inkişaf dinamikası və onun nəticələri bu gün təkcə iki ölkə yox, bütünlükdə türk dünyası üçün müstəsna əhəmiyyətə malikdir. Məhz bu kontekstdə ölkələrimiz arasında əlaqələrin dərinləşməsi türk xalqlarının qlobal arenada birgə mövqelərinin güclənməsinə, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə mühüm töhfələr verir. Sözügedən kontekstdə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə…

ətraflı

FRANSA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏKİ GƏRGİNLİYİ PRAQMATİK ƏMƏKDAŞLIQ MƏRHƏLƏSİ ƏVƏZLƏYİR

Fransa və Azərbaycan prezidentləri arasında Avropa Siyasi Birliyinin zirvə torplantısı çərçivəsində oktyabrın 2-də keçirilən görüş, aparılan müzakirələr İkinci Qarabağ müharibəsindən sonra ölkələrimiz arasında özünü qabarıq göstərən ziddiyyət və gərginliyə son qoyaraq, qarşılıqlı etimadın bərpası istiqamətində həlledici addımlar olub. İkinci Qarabağ müharivəsindən sonrakı beş ildə Fransa regionda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməsə də, son…

ətraflı

AZƏRBAYCAN BEYNƏLXALQ SÜLH VƏ TƏHLÜKƏSİZLİYƏ TÖHFƏ VERİR

Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində yeni təşəbbüs gündəmə gəlib. Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir. Hazırda bu qüvvələrin tərkibi və mandatı ilə bağlı danışıqlar davam etsə də, heç bir ölkə üzərinə konkret öhdəlik götürməyib. Bununla belə, diplomatik mənbələr Azərbaycanın, İndoneziyanın və Pakistanın məsələyə xüsusi maraq göstərdiyini…

ətraflı