TDT+ TÜRK İNTEQRASİYASININ YENİ FƏLSƏFƏSİNİ İFADƏ EDİR
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə görüşündə TDT+ formatının yaradılması barədə qərarın qəbul edilməsi təşkilatın gələcək istiqamətləri, institusional imkanları və geosiyasi çəkisi baxımından yeni mərhələnin başlanğıcını ehtiva edir. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan üzv, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusunda olsalar da onların hamısı regional əməkdaşlığın ən…
