AZƏRBAYCANDA ÜMUMİ DAXİLİ MƏHSUL İLƏ BAĞLI GÖSTƏRİCİLƏRİN MÜQAYİSƏSİ

Cari ilin I rübündə Ümumi Daxili Məhsul istehsalının 35,74%-ni və ya 10,4 milyard manatını neft-qaz sektoru təşkil edib. Ötən ilin ilk rübündə isə bu göstərici 44,05%-ə və ya 13,35 milyard manata bərabər olub. Bu rəqəmlər göstərir ki, cari ilin I rübündə ÜDM istehsalında neft-qaz sektorunun payı ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% və ya 2,95 milyard manat azalıb.

2024-cü ilin I rübündə qeyri neft-qaz sektorunun ÜDM istehsalında payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,95%-dən 64,26%-ə yüksəlib. Bu faiz pul həcmi ilə 18,7 milyard manata bərabər olub.

2023-cü ilin ilk rübündə isə qeyri neft-qaz sektorunun ÜDM istehsalında payı 16,96 milyard manat təşkil edib. Bu isə ötən ilin I rübü ilə müqayisədə cari ilin I rübündə qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalının 10,3% və ya 1,74 milyard manat artması deməkdir.

Əlavə məlumat üçün bildirək ki, Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi məlumatların müqayisəsi göstərir ki, Azərbaycan ÜDM həcminə görə 2024-cü ilin I rübündə Gürcüstan və Ermənistanı dəfələrlə qabaqlayıb. Belə ki, cari ilin I rübündə Azərbaycanda ÜDM həcmi 17,1 milyard dollar, Gürcüstanda 6,9 milyard dollar, Ermənistanda isə 4,99 milyard dollar təşkil edib. 

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/az%c9%99rbaycanda-umumi-daxili-m%c9%99hsul-gost%c9%99ricil%c9%99ri-il%c9%99-bagli-t%c9%99hlil/