Hesabatın preambulasında belə yazılıb:
“Bu faktaraşdırıcı hesabat “Freedom House”, “International Partnership for Human Rights”, “Democracy Development Foundation”, “Helsinki Citizens’ Assembly – Vanadzor”, “Protection of Rights without Borders”, “Law Development and Protections Foundation” və “Truth Hounds” tərəfindən birgə hazırlanıb.
“Media Diversity Institute” açıq mənbəli araşdırma və yoxlama aparıb.
Talin Hitik xülasənin və daha geniş hesabatın redaktə edilməsinə əsaslı dəstək verib. Anuş Baqdasaryan daha geniş hesabatın bir neçə bölməsinin redaktə edilməsinə mühüm töhfə verib. Metodologiya və anketlər “Democracy Development Foundation”, “International Partnership for Human Rights” və “Truth Hounds” tərəfindən hazırlanıb. Faktaraşdırıcı missiya “Open Society Foundations” və “Freedom House”un dəstəyi ilə mümkün olub. Faktaraşdırıcı missiya “Democracy Development Foundation” tərəfindən koordinasiya edilib”.
Bu strukturları iki kateqoriyaya ayıraq:
Beynəlxalq QHT-lər
- “Freedom House” – əsas sifarişçi;
- “Open Society Foundations” – əsas sifarişçi;
- “International Partnership for Human Rights” – Ermənistan strukturları ilə koordinasiya;
- “Truth Hounds” – Ukrayna QHT, müsahibələr üçün anketlərin hazırlanması.
Ermənistan QHT-ləri
- “Democracy Development Foundation” – Ermənistan üzrə əsas koordinator, Ermənistan hökuməti və Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə əlaqələndirci;
- “Helsinki Citizens’ Assembly – Vanadzor” – resurslar üzrə koordinator, əsasən yerlərdə çalışan şəxslər;
- “Protection of Rights without Borders” – insan resursları;
- “Law Development and Protections Foundation” – hakim partiyadan olan deputat Arusyak Culakyan (bu QHT-nin təsisçilərindən biri) vasitəsilə Ermənistan hökuməti ilə əlaqələndirici.
Nəticə
- Azərbaycanı “etnik təmizləmə” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat ABŞ Dövlət Departamenti tərəfindən rəsmi olaraq maliyyələşdirilən beynəlxalq QHT-lərin vəsaiti ilə hazırlanıb.
- Ermənistanda hesabatın hazırlanmasında iştirak edən bütün strukturlar “Open Society Foundations”ın (Soros Fondu) benefisiarlarıdır.
- Yerlərdə bütün işlər – Ermənistanda Qarabağ erməniləri ilə müsahibələr və hesabatın mətni Ermənistan vətəndaşları tərəfindən hazırlanıb.
- Paşinyan hökuməti və hakim partiya həm müsahib qruplarının işinin təşkilində, həm də hesabatın əsas tezislərinin tərtibində birbaşa iştirak edib.
- Simon Papuaşvilli maraqlı fiqurdur. O, “International Partnership for Human Rights”da region üzrə məsul şəxsdir və eyni zamanda sorğu anketini hazırlayan “Truth Hounds”da da vəzifə tutur. Papuaşvilli Ukraynada Rusiyaya qarşı müvafiq iş aparır və sualları necə tərtib etməyi yaxşı bilir. Məhz bu cür suallara verilən cavablar qarşı tərəfi – indiki halda Azərbaycanı ittiham etmək üçün əsaslar yaradır.
İlkin nəticələr belədir. Saxtalaşdırmalar, manipulyasiyalar və yalanlarla dolu bu hesabatın danışıqlar prosesinə təsirləri olacaq. Bu, ictimai təşəbbüs deyil, Paşinyan hökumətinin nəzarətindəki QHT-lər tərəfindən həyata keçirilən ABŞ-ın sifarişidir.