3 may 2024 tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini Jandos Asanov ilə görüş keçirilib. Görüş zamanı İƏT-in “İqtisadiyyat” jurnalının (“Economic” journal) cari statusu müzakirə edilib, məqalə qəbulu prosesi haqqında məlumat verilib. Həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi “3-cü İƏT Beyin Mərkəzləri Forumu”na ESRI-nin hazırlıq işləri ilə bağlı İƏT Baş katibinin müavini məlumatlandırılıb. Görüşdə müzakirə edilən bir digər xüsusi əhəmiyyətə malik mövzu İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsini imzalayan ölkələrin ratifikasiyasının əldə olunması üçün görüləcək tədbirlərlə bağlı olmuşdur. Müzakirələr nəticəsində sözügedən Tədqiqat Mərkəzinin yaradılması məsələsinin təkrardan gündəmə gətirilməsi və bu istiqamətdə işlərin görülməsinə başlanılması razılaşdırılıb.
Daha ətraflı: http://esri.gov.az/az/article/184