İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub

Xəbər verdiyimiz kimi, dünya şöhrətli ispaniyalı fotoqraf Qervasio Sançez  Fernandez Azərbaycanda səfərdədir.

O, bu gün səfərinin yekun günündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub. BAMF prezidenti Umud Mirzəyev qonağı qarşılayıb.

Umud Mirzəyev qonağa Fondun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. O qeyd edib ki, Fondun yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərini və Azərbaycan xalqının acılarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Fond rəhbəri qonağa BAMF-ın “30 il sülh naminə” adlı kitabını hədiyyə edib.

İspan fotoqraf minadan zərərçəkənlərlə də görüş keçirib. “Minadan Zərərçəkən Assosiasiyası” Birliyinin rəhbəri, qazi Rey Kərimoğlu və digər mina qurbanları mina ilə bağlı yaşadıqları hadisələri qonaqla bölüşüblər.

R.Kərimoğlu F.Sançesə Azərbaycanda mina qurbanlarının problemlərindən, Azərbaycan dövlətinin onlar üçün gördüyü işlərdən danışıb.

Görüşün sonunda Sançes Azərbaycanda olmaqdan məmnun olduğunu dilə gətirib:

“1992-ci ildə Bosniyanın müharibədən zərər çəkən Sarayevo şəhərdən fotolar çəkirdim. Orda gördüyüm mənzərələr dəhşətə gətirmişdi məni. Sizin təşkilatla elə eyni işləri görürük. Yolum Azərbaycana düşsə ilk BAMF-ın qonağı olacam”.

Sançez Fernandez Azərbaycanın mina problemi, minadan zərərçəkənlər, o cümlədən Qarabağ həqiqətləri ilə bağlı kitab hazırlayır. O, BAMF və ANAMA ilə əməkdaşlıq edir.

Xatırladaq ki, G.Sançez işğaldan azad edilən ərazilərdə, o cümlədən mina qurbanları ilə görüşlər keçirib. İspan fotoqraf Ağdam, Tərtər, Goranboy, Füzuli rayonlarında, o cümlədən Şuşa, Laçın, Zəngilan səfərlərində olub. Fotoqraf səfərləri zamanı 20-dən çox mina qurbanları ilə fərdi görüşlər keçirib. Bundan əlavə o, Qarabağı qarış-qarış gəzərək, insanlarla söhbətlər edib, onların həyat hekayələrini dinləyib. İşğaldan azad edilən ərazilərdən yenidən qurma işləri ilə yaxından tanış olub. Eyni zamanda BAMF-ın mina qadın komandası ilə görüş keçirib. BAMF əməkdaşları onu səfər zamanı müşayət edib.

O, fotolarında Qarabağın müharibədən sonrakı vəziyyətini, konfiliktikin rəsmini ağ-qara şəkillərlə ifadə edəcək.

Qeyd edək ki, Azərbaycan XİN-in əməkdaşlığı ilə Azərbaycanın İspaniya Krallığındakı səfirliyi tərəfindən Azərbaycana dəvət edilmiş ispan jurnalist-fotoqraf Gervasio Sançez dünən ANAMA-nı ziyarət edib.

Daha ətraflı: https://iepf-ngo.org/az/news/20/1978