ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları beynəlxalq konfransa moderatorluq ediblər

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktoru, millət vəkili Fariz İsmayılzadə “Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda moderator qismində iştirak edib.

Fariz İsmayılzadənin moderatorluğu ilə baş tutan “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusundakı panel sessiyada köçkünlüyün nəticələrini və təsirə məruz qalmış icmalar üçün ədalət axtarışını araşdıran mütəxəssislər çıxış ediblər.

İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Tədqiqatlar və Təhlil bölməsinin rəhbəri Damyan Krineviç isə konfransın “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri” panelini idarə edib.

Konfrans 51 ölkədən 100-dən çox xarici eksperti, eləcə də yerli rəsmiləri bir araya gətirib.