COP29 ÇƏRÇİVƏSİNDƏ İMZALANMIŞ YAŞIL ENERJİ SAZİŞLƏRİNİN İCRASI TƏMİN EDİLİR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) yaşıl enerjinin istehsalı, ixracı və tranziti ilə bağlı imzalanmış çoxtərəfli sazişlərin icrası istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb. “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”dən irəli gələn məsələlərin həlli məqsədilə dekabrın…

ətraflı

QƏRB ERMƏNİSTANIN RUSİYA İLƏ İQTİSADİ ƏLAQƏLƏRİNƏ NƏ ÜÇÜN GÖZ YUMUR?

Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə Ermənistanda hakimiyyətə gələndəndə sonra ölkənin həyatında bir çox dəyişikliklər baş verib. Əsas dəyişiklik təbii ki, Ermənistan hakimiyyətinin Rusiyanın hərbi-siyasi təsirindən çıxması üçün fəaliyyətə başlamasıdır. Bununla bağlı İrəvan adminstrasiyası indiyə qədər çox addımlar atıb. Rusiya sərhədçilərinin ölkə sərhədlərindən çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərinin boykot edilməsi və Ermənistanın bu…

ətraflı

GƏLƏN İL SOSİAL MÜDAFİƏ TƏDBİRLƏRİ HÖKUMƏT ÜÇÜN PRİORİTET İSTİQAMƏTLƏRDƏN BİRİ OLACAQ

Dünyada geosiyasi gərginliklərin davam etdiyi, əmtəə və xidmətlərin ilbəil bahalaşdığı bir dövrdə iqtisadi artıma nail olan Azərbaycan hökuməti vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, neqativ proseslərin həyat keyfiyyətinə mənfi təsirlərinin azaldılmasına xidmət edən islahatları davam etdirir. Ukrayna və Yaxın Şərqdəki müharibə səbəbindən bir sıra region ölkələrində qeydə alınan aşağı iqtisadi artım göstəricilərinə rəğmən, 2024-ci ilin yanvar-noyabr aylarında…

ətraflı

DAYANIQLI SÜLHÜN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİ DƏ ERMƏNİSTANIN İNFORMASİYA TƏXRİBATLARINDAN ƏL ÇƏKMƏSİDİR

Dövlət suverenliyinin bərpasından sonra ölkəmiz əleyhinə daha da genişlənən qərəzli kampaniyaların, məqsədli informasiya manipulyasiyalarının, feyk məlumatların, ümumən ideoloji təxribatların qarşısının alınması,  beynəlxalq rəyin düzgün istiqamətləndirilməsi ölkə diplomatiyası və mediası qarşısında əsas vəzifələrdən birinə çevrilib. Hərbi-siyasi müstəvilərdə sarsıdıcı məğlubiyyətə düçar olmuş Ermənistan, eləcə də bu ölkənin xaricdəki əsas havadarları 2024-cü il ərzində kütləvi informasiya vasitələri, sosial…

ətraflı

ANKARA VƏ TEHRANIN MARAQLARI SURİYADA UZLAŞACAQMI?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya səfəri və burada Suriyanın yeni administrasiyasının rəhbəri Ahmed eş-Şara ilə apardığı danışıqlar ölkənin və regionun gələcəyi baxımından mühüm müsajlar verir. Bu səfər bir daha Amerikanın yeni prezidenti Donald Trampın “Suriyanın açarı Türkiyənin əlindədir” fikrini tamamlayır və hazırda baş verənlər Suriya hadisələrinə qardaş ölkənin geniş təsir imkanlarının olduğunu göstərir….

ətraflı

ERMƏNİSTAN HEÇ BİR HALDA MƏSULİYYƏTDƏN QAÇA BİLMƏYƏCƏK

Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində hələ də razılaşdırılmayan məsələlərdən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkməsidir. Əslində, Azərbaycan tərəfi bu qərarla Ermənistana münasibətdə böyük humanist addım atmış olur. Rəsmi İrəvan Bakının bu addımını yüksək qiymətləndirməli, digər razılaşdırılmayan məsələlərdə kompramis yolları barədə fikirləşməlidir. Çünki Azərbaycanın irəli sürdüyü təzminat Ermənistanın bir dövlət kimi məhvinə…

ətraflı

AZƏRBAYCAN MÜSTƏQİL XARİCİ SİYASƏTİ İLƏ DÜNYADA ETİBARLI TƏRƏFDAŞ KİMİ QƏBUL OLUNUR

Hücum diplomatiyasına üstünlük verən Azərbaycan yekunlaşmaq üzrə olan 2024-ci ildə təkcə Cənubi Qafqazda deyil, ümumən Avropa geosiyasi arealında maraqlarını təmin etməyə, konkret mərhələ üçün müəyyənləşdirdiyi strateji hədəfləri reallaşdırmağa nail olub. İlbəil genişlənən iqtisadi və hərbi potensialı, beynəlxalq əlaqələri rəsmi Bakıya hansısa güc mərkəzindən asılı olmadan qarşıya qoyduğu hədəflərə doğru addımlamaq imkanı yaradıb. Ölkəmizin beynəlxalq nüfuzunun…

ətraflı

D-8 TƏŞKİLATINA ÜZVLÜK AZƏRBAYCANIN MİLLİ MARAQLARINA TAM CAVAB VERİR

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Türkiyə, İran, Pakistan, İndoneziya, Banqladeş, Misir, Nigeriya və Azərbaycanın üzv olduğu təşkilatın zirvə toplantısının keçirildiyi vaxtı, həmçinin regional və qlobal miqyasda cərayan edən…

ətraflı

AVROPA MÜŞAHİDƏÇİLƏRİ SÜLH SAZİŞİNİN BAĞLANMASINI İSTƏMİR

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti çoxdandır ciddi narahatlıq mənbəyinə çevrilib. Azərbaycan rəsmi səviyyədə bu missiyanın fəaliyyətinin regional təhlükəsizliyə, xüsusilə də Ermənistanla münasibətlərin normallaşdırılması və sülh quruculuğu prosesinə zərbə vurduğuna dair çoxsaylı xəbərdarlıqlar edib. Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kisilyova müsahibəsində yenidən bu məsələyə toxunaraq müşahidə missiyası ilə bağlı…

ətraflı

AZƏRBAYCAN ERMƏNİSTAN ÜZƏRİNDƏ HƏRBİ ÜSTÜNLÜYÜNÜ DAVAMLI OLARAQ ARTIRIR

İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı müxtəlif vasitələrlə dəyişməyə çalışan, bu məqsədlə müntəzəm olaraq hərbi-siyasi təxribatlara əl atan Ermənistan hər dəfə daha ciddi zərbə alıb, uğursuzluğa düçar olub. Ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə bu ölkənin ərazilərimizdə ikinci erməni dövləti yaratmaq xülyalarına…

ətraflı