Qərbin Ermənistana yardımı: ABŞ və Aİ üçün İrəvana dəstək neçəyə başa gəlir?

5 aprel 2023-cü ildə Brüsseldə ABŞ/Aİ Ermənistana iqtisadi, siyasi və hərbi dəstəyi nəzərdə tutan yardım paketini təqdim etdi. Bu yardım çərçivəsində ABŞ/Aİ Cənubi Qafqazda geosiyasi seçim edərək mövcud layihələri koordinasiyalı şəkildə həyata keçirir. Cənubi Qafqaz Araşdırmalar Mərkəzi ABŞ və Aİ-nin Ermənistana yardımının miqyasını monitorinq etməyə çalışıb. Bu mövzu Tramp administrasiyasının ABŞ-nin xarici yardımlarını yenidən nəzərdən…

ətraflı

Trump dövründə ABŞ Cənubi Qafqazdan nə istəyə və nəyə ehtiyac duya bilər?

ABŞ-nin hər bir administrasiyası xarici siyasətdə yalnız milli maraqlara əsaslandığını bildirir. Burada vacib olan, ABŞ hökumətinin müəyyən bir ölkə və ya regionla bağlı öz milli maraqlarını necə formalaşdırmasıdır. Hal-hazırda Trump administrasiyasında bu milli maraqların formalaşdırması prosesi davam edir. Həmin maraqlar, xüsusilə ABŞ-nin yerləşdiyi yarımkürəyə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərq mövzusuna şamil olunur. “İstək”…

ətraflı

Azərbaycan ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasında

ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasının imzalanmasından dərhal sonra Blinken və Mirzoyanın çıxışlarında birbaşa olaraq Azərbaycan və Qarabağın adı qeyd olunmayıb. Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəkdən danışan Blinken bu dəstəyin birbaşa Ermənistan ərazisində həyata keçiriləcəyini bildirib. Ermənistanın sərhəd qüvvələrinin hazırlıq səviyyəsini artırmaq məqsədilə bir qrup ABŞ gömrükçü və sərhədçisinin bu ölkəyə gəlişi bəyan edilərkən də Azərbaycanın adı…

ətraflı

ABŞ – Ermənistan strateji tərəfdaşlığı barədə…

ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalayır. Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır. Yada salaq ki, hələ 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüb və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu,…

ətraflı

Rusiya – İran yaxınlaşması Cənubi Qafqaz üçün nə deməkdir?

Yanvarın 17-də Rusiya və İran 47 maddədən ibarət, əməkdaşlığın bir çox sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Bütün bunlar Trampın andiçmə mərasiminə bir neçə gün qalmış baş verir ki, bu da hadisənin əhəmiyyətini artırır. Qlobal kontekstdə ən çox maraq doğuran məqamlar təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və öhdəliklərdir. Əsas sual isə saziş imzalandıqdan sonra…

ətraflı

2025-ci ildə Ermənistanla münasibətlərin əsas məqamları

Azərbaycan Prezidenti İlham Əliyevin üç dildə müsahibəsində Ermənistanla münasibətlər mövzusuna həm ikitərəfli əlaqələr, həm də regional proseslər kontekstində diqqət yetirildi. Sülh müqaviləsinə dair… Azərbaycanın şərtləri ötən ilin sonunda ifadə olunub (2*2): – birbaşa sazişdə bu, üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan əl çəkmək; – sülh prosesində isə sazişin imzalanmasından əvvəl…

ətraflı

2025: Nə ilə başlayırıq?

2025-ci il üçün Azərbaycan ətrafındakı vəziyyəti şərtləndirən amillərin əksəriyyəti ötən ilin sonlarında formalaşıb və yaxın perspektivə təsir edəcək. Rusiya ilə münasibətlərdə fasilə gözlənilir. Kreml Azərbaycanın mülki təyyarəsinə edilən hücuma görə günahını etiraf etməyib. İlk hesabat üçün araşdırma müddəti 30 gündür, yəni yanvarın sonuna kimi təyyarə qəzasının səbəblərinə aydınlıq gətirilməlidir. Bir çox skeptiklər Braziliyanı qara qutuların…

ətraflı

Bakı Ukrayna ilə bağlı danışıqlar məkanına çevrilə bilər

Ukraynadakı müharibə atəşkəslə bağlı danışıqların mümkün olduğu növbəti mərhələyə yaxınlaşır. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp artıq Ukrayna prezidenti ilə, onun nümayəndələri isə Ukrayna rəhbərliyi ilə görüşüb. Bununla yanaşı, baş nazir Orban Trampa baş çəkdikdən sonra Rusiya prezidenti ilə müzakirələr aparıb. Aydındır ki, Tramp prezidentliyinin elə ilk günlərində öz nizamlanma düsturunu irəli sürəcək və onu təzyiq…

ətraflı

Aİ-nin Ermənistandakı missiyası (EUMA) sərhədlərin müəyyənləşdirilməsi prosesində maneəyə çevriləcəkmi?!

EUMA-nın tarixi 2022-ci ilin oktyabrında imzalanmış Praqa sazişlərinə gedib çıxır. Missiya cəmi iki ay davam etməli, bu müddət ərzində sülh müqaviləsi imzalanmalı idi. Bu, Azərbaycanla razılaşdırılmış qərar idi. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Qarabağla bağlı qəbuledilməz bəyanatlar verdi. İki həftə sonra isə Paşinyan Soçidə Rusiya prezidentinin “status məsələsi”nin təxirə salınmasını nəzərdə tutan sülh müqaviləsi…

ətraflı

Suriyada yeni status-kvo müəyyənləşir

Suriyada hərbi münaqişə artıq 13 ildən çoxdur ki, davam etməkdədir. 2011-ci ilin mart ayında ərəb baharı dalğası ilə ölkədə başlayan vətəndaş müharibəsi sonradan regional və regiondankənar qüvvələrin cəlb olunduğu çoxtərəfli qarşıdurmaya çevrildi. Bu qarşıdurma 2017-ci ildə Astana sülh prosesinin ortaya çıxması nəticəsində yeni mərhələyə qədəm qoydu. Belə ki, Türkiyə, İran və Rusiya arasında konsensusun əldə…

ətraflı