BMTM-də Malayziya parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
Aprelin 29-da BMTM-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş baş tutub. Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Malayziyanın regional və qlobal səviyyədə artan əhəmiyyəti barədə danışıb. F. Şəfiyev Malayziyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman prinsipial mövqe sərgilədiyini və BMT…
