BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında işgüzar səfərdə olublar. Səfər zamanı BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev və BAMF-ın İnsan Resursları üzrə Mütəxəssisi Heydər Rzayev BMT-nin baş qərargahında bir sıra konfranslarda fəal iştirak edərək aktual və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar. Daha sonra BAMF nümayəndələri BMT-nin QHT Bölməsinin rəhbəri, cənab Vuk-Jin…

ətraflı

Vüsal Qasımlı AİB İnstitutunun baş icraçı direktorunu qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) baş icraçı direktoru Tetsuşi Sonobenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, eləcə də mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, İİTKM-in yerli və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığından və bu əməkdaşlığın ölkənin iqtisadi…

ətraflı

İtaliyalı diplomat Topçubaşov Mərkəzini ziyarət edib

Mayın 9-da İtaliyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Marvin Seniqa Topçubaşov Mərkəzini ziyarət edib, Mərkəzin nümayəndələri Rusif Hüseynov, Murad Muradov və Simona Skotti ilə görüşüb. Görüş zamanı beyin mərkəzinin fəaliyyəti, xüsusilə Azərbaycan və İtaliya ekspert icmaları arasındakı əlaqələrə töhfəsi barəsində qonağa məlumat verilib. Tərəflər qarşıdakı dövrdə əməkdaşlıq imkanları barədə də müzakirə aparıblar. https://top-center.org/az/hadiseler/3648/italiyali-diplomat-topcubasov-merkezini-ziyaret-edib

ətraflı

Vüsal Qasımlı Macarıstanın Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbərini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Dr. Caba Moldizi qəbul edib. Görüş zamanı V.Qasımlı Azərbaycan və Macarıstan arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, İİTKM-lə “Mathias Corvinus Collegium” Universitetinin birgə həyata keçirəcəyi fundamental tədqiqatlar və irimiqyaslı layihələr münasibətlərin daha…

ətraflı

Azərbaycanın gənc startapçıları beynəlxalq innovasiya ekosisteminin iştirakçıları ilə görüşüblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) adlı beynəlxalq konfrans keçirilib. Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, alimlər, sahibkarlar və startapçılar iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı…

ətraflı

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri və Pakistan Şurasının sədri BAMF-ın qonağı olublar

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da təsisçi icraçı direktoru Janna Skot və ABŞ-da fəaliyyət göstərən Pakistan Şurasının sədri Adnan Xan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olublar. BAMF-ın prezidenti Umud Mirzəyev qonaqları Bakı ofisində qarşılayıb. O, qonaqlara təşkilatın yaranması ilə bağlı 90-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən Qafqaz və post-Sovet…

ətraflı

JANNA SKOT: FORUMDA DÜZGÜNLÜK, ƏDALƏT VƏ TƏHLÜKƏSİZLİYİN BƏRQƏRAR OLMASI BARƏDƏ FİKİRLƏR İRƏLİ SÜRÜLÜR

“Gəncləri qlobal sferaya cəlb etmək çox önəmlidir. Bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür”. Bunu ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skot “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin…

ətraflı

RƏVAN HƏSƏNOV: ÖZÜNÜN MULTİKULTURALİZM MODELİNİ YARADAN AZƏRBAYCAN SÜLH ŞƏRAİTİNDƏ BİRGƏ YAŞAYIŞIN PARLAQ NÜMUNƏSİDİR

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ötən müddət ərzində coğrafiyası çox genişlənib, tədbirdə iştirak edən ölkələrin və qurumların sayı xeyli artıb. Tanınmış alimlərin, ekspertlərin, ictimai-siyasi xadimlərin cəlb olunduqları “Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyev…

ətraflı

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş keçirilib

Aprelin 30-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş keçirilib. İkitərəfli dostluq münasibətlərinə toxunan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə Pakistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətiyyətli mövqeyinə diqqət çəkdi. Onun sözlərinə görə, Pakistan Azərbaycanı açıq bəyanatlarla və çoxtərəfli platformalarda…

ətraflı

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini Jandos Asanov ilə görüş keçirilib

İƏT-in Tədqiqat Mərkəzinin yaradılması məsələsinin təkrardan gündəmə gətirilməsi və bu istiqamətdə işlərin görülməsinə başlanılması razılaşdırılıb. 3 may 2024 tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini Jandos Asanov ilə görüş keçirilib. Görüş zamanı İƏT-in “İqtisadiyyat” jurnalının (“Economic” journal) cari statusu müzakirə edilib, məqalə qəbulu prosesi haqqında məlumat verilib. Həmçinin Azərbaycanın…

ətraflı