BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında işgüzar səfərdə olublar.

Səfər zamanı BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev və BAMF-ın İnsan Resursları üzrə Mütəxəssisi Heydər Rzayev BMT-nin baş qərargahında bir sıra konfranslarda fəal iştirak edərək aktual və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.

Daha sonra BAMF nümayəndələri BMT-nin QHT Bölməsinin rəhbəri, cənab Vuk-Jin Çanq ilə görüşüb.

Görüşdə hər iki tərəfin humanitar səylərinin inkişaf etdirilməsi, sülhün təşviq edilməsi, tərəfdaşlığı gücləndirmək və əməkdaşlığı genişləndirmək barəsində müzakirələr aparılıb.

Görüş zamanı Azərbaycan QHT-lərinin BMT-nin ECOSOC-da təmsilçiliyinin və inteqrasiyasının gücləndirilməsi strategiyaları, o cümlədən Azərbaycanda yerli QHT-lər üçün BMT-nin ECOSOC statusunun necə əldə edilməsi ilə bağlı onlayn sessiyaların keçirilməsi təklifi ətrafında müzakirələr olub.

Müzakirə olunan digər mühüm mövzu isə BAMF-ın dördillik hesabatlarının BMT-yə təqdim edilməsi olub. Görüş cənab Vuk-Cin Çanqın, BAMF tərəfindən göndərilən Azərbaycana səfər ilə əlaqədar dəvətinin qəbul etməsi ilə yekunlaşıb.

Daha ətraflı: https://iepf-ngo.org/az/news/20/1977