İİTKM-də Türkiyənin “bulud” texnologiyaları şirkəti ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, “Enterprise Azerbaijan” və “Azexport.az” portallarının rəhbərləri və Türkiyənin “Bulutistan” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib. Görüş tərəflərin fəaliyyəti ilə tanışlıq və ümumi əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədi daşıyıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Samir Məmmədov yeni rəqəmsal həllər və “bulud” texnologiyalarından istifadənin əhəmiyyətini vurğulayıb….
