COP29 – QLOBAL İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ PLATFORMASI

Son onilliklərdə planetimizdə müşahidə edilən iqlim dəyişiklikləri milli sərhədləri aşan qlobal problemə çevrilib. Problemin mənfi fəsadlarının səmərəli şəkildə aradan qaldırılması zərurəti isə beynəlxalq əməkdaşlığı zəruri edir. Koordinasiya edilmiş qlobal səylər, ilk növbədə, iqlim dəyişikliyinin yaratdığı fəsadları azaltmaq, onun nəticələrinə uyğunlaşmaq və ekoloji təmiz gələcəyi təmin etmək baxımından vacibdir. İqlim dəyişikliyinin həllində beynəlxalq əməkdaşlığın vacib əhəmiyyət…

ətraflı

Ermənistan 3+3 formatından imtina edərmi?

Ermənistan Parlamentinin sədri Alen Simonyan son müsahibələrinin birində bir neçə etiraf edib. Onun birinci etirafı odur ki, Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda hərbi əməliyyat keçirib. Bu həm də onun etirafıdır ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlər üçün keçərli olan BMT qətnamələrinin yerinə yetirilməsini – ərazi bütövlüyünü təmin edib. Simonyan məhz bu səbəbdən dünyanın…

ətraflı

Avropa İttifaqının yeni Müdafiə Komissarı: iddialı, amma zəif?

Soyuq müharibənin başa çatmasından sonra keçən 30 ildən artıq müddətdə Avropa İttifaqı normativ və iqtisadi güc kimi qlobal siyasətdə öz sözünü desə də, təhlükəsizlik məsələlərinin həllində Brüssel bu gün də NATO-nun liderliyini qəbul edir. Ancaq son illər qlobal güc balansında baş verən dəyişikliklər fonunda qurumun təhlükəsizlik paradiqmasının transformasiyası gözardı edilməməlidir. Hələ 2014-cü ildə Rusiyanın Krımı…

ətraflı

CO29 ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANIN “YAŞIL İQTİSADİYYAT” ÖLKƏSİNƏ ÇEVRİLMƏKDƏ OLDUĞU BÜTÜN DÜNYAYA NÜMAYİŞ OLUNACAQ

Qlobal istiləşmə və ətraf mühitin deqradasiyası ilə mübarizənin aktuallığı getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Bütün bəşəriyyətin taleyinə təsir edən bu çağırışlara adekvat reaksiya sərgilənməsi üçün beynəlxalq dialoqa və əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının (COP)  əsas məqsədlərindən biri də budur. Bu qəbildən olan Konfransın 29-cu…

ətraflı

AVROPA PARLAMENTİ AZƏRBAYCANLA GÜRCÜSTANA QARŞI NÖVBƏTİ QƏRƏZ VƏ BÖHTAN KAMPANİYASINA BAŞLAYIB

Qərb ölkələrinin və təsisatlarının Cənubi Qafqazla bağlı siyasətlərində çoxsaylı yanlışlıqlara yol verməsi, məkrli niyyət və məqsədlərinə çatmaq üçün region ökələrinə münasibətdə ikili standartlar sərgiləməsi artıq sistematik xarakter alıb. Bu kontekstdə son dövrlərdə Azərbaycan və Gürcüstana qarşı Qərbdə böhtan və qarayaxma kampaniyasının yenidən geniş vüsət alması müşahidə edilir. Buna səbəb hər iki ölkənin müstəqil siyasət yürütməsi,…

ətraflı

AZƏRBAYCAN COP29-LA QLOBAL İQLİM SƏYLƏRİNƏ BÖYÜK TÖHFƏ VERƏCƏK

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlığı yüksək səviyyədə baş çatdırması ölkəmizin qlobal iqlim probleminin həllinə töhvə vermək siyasətindən irəli gəlir. Digər tərəfdən bu tədbir Azərbaycanın bu çərçivədə beynəlxalq iqlim məsələlərində fəal iştirakını, Prezident İlham Əliyevin dünya səviyyəsində ekoloji problemlərə həssas münasibətini və ölkəmizin qlobal proseslərdə daha böyük…

ətraflı

Regional “3+3” formatında vəziyyət necədir?

Oktyabrın 18-də Türkiyədə xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü keçirildi. Format hələ də yarımçıqdır. Gürcüstan növbəti dəfə görüşdə iştirakdan imtina etdi ki, bu da başa düşüləndir. Ermənistan da bu görüşlərdə öz iradəsi ilə iştirak etmir. Bir tərəfdən İrəvan İranın təklifindən imtina edə bilmir, digər tərəfdənsə Türkiyəyə səfər Paşinyan hökumətinin Azərbaycanla normallaşma olmadan Türkiyə ilə…

ətraflı

Mühüm hadisələr astanasında…

Biz hamımız istər regionumuzda, istərsə də onun ətrafında yaxın iki-üç il üçün tendensiyaları müəyyən edəcək mühüm hadisələr ərəfəsindəyik. Azərbaycan bu hadisələrə, proseslərə heç bir şəkildə təsir edə bilməz. Lakin vəziyyət müəyyənləşdikdən sonra yeni şərtlərə uyğun olaraq öz mövqeyini formalaşdıra bilər. Gəlin təsir dərəcəsini, riskləri və imkanları nəzərə alaraq həmin hadisə və prosesləri nəzərdən keçirək: –…

ətraflı

Gürcüstanda “geosiyasi seçkilər”in regiona təsiri

Gürcüstanda qarşıdan gələn parlament seçkiləri artıq “geosiyasi seçkilər” kimi xarakterizə olunur. Belə ki, xarici siyasət vektoru seçkiqabağı diskursda başlıca müzakirə mövzusuna çevrilib və hazırda cəmiyyətdə mövcud qütbləşmənin əsasını təşkil edir. Yaranmış vəziyyətə görə məsuliyyət əlbəttə ki, ilk növbədə istər keçmiş, istərsə də indiki ölkə hakimiyyətinin üzərinə düşür. Çünki Gürcüstanda ənənəvi olaraq xarici qüvvələrin daxili işlərə…

ətraflı

COP29 XÜSUSİ REJİM TƏTBİQ OLUNMADAN KEÇİRİLƏCƏK

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əvvəlki analoji tədbirlərlə müqayisədə mövzu və təşkilati işlər baxımından daha rəngarəng, həmçinin yeniliklərlə zəngin olacağı gözlənilir. Ümumiyyətlə, budəfəki tədbirin tarixi xarakterli nəticələrlə yadda qalacağı proqnozlaşdırılır. Səbəb Azərbaycanın COP prosesinə yenilik gətirəcək təşəbbüslərlə çıxış etməsi, bu təşəbbüslərin əsasında konkret qərarların qəbulu istiqamətində müvafiq fəaliyyət həyata…

ətraflı