Qərbi Avropanın Cənubi Qafqazda maraqları:Azərbaycanla siyasi əlaqələrə yenidən baxılması
Erməni separatizminin ləğvinə və Qarabağ münaqişəsinin suveren Azərbaycan ərazilərinin azad edilməsi ilə başa çatmasına baxmayaraq, bir çox analitiklər və siyasi müşahidəçilər arasında belə bir mövqe var ki, Cənubi Qafqaz Yaxın Şərqdən sonra daha da gərginləşəcək ən təhlükəli nöqtələrdən biridir.[1] Bölgədə gərginlik daha da artacaq. Aİ ölkələri və Aİ-nin özünün təmsil etdiyi Qərb region ölkələri ilə “ad…
