ANKARA BAKININ MÖVQEYİNİ ÖYRƏNMƏKDƏ MARAQLIDIR
Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri ölkələrimiz arasında inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi, əldə olunan nəticələrin təhlili və ortaq qərarların qəbulu baxımından önəmlidir. Bu səfər 2021-ci ilin iyununda Şuşa bəyannaməsini imzalayaraq ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldən Azərbaycan və Türkiyənin son illərdə nümayiş etdirdiyi qətiyyətin xarakterindən irəli gəlir. Azərbaycan-Türkiyə qardaşlığının daha bir isbatı…
