İİTKM əməkdaşları Almaniyada beynəlxalq konfransda iştirak ediblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Almaniyanın Manheym şəhərində ZEW – Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (Zentrum fur Europaische Wirtschaftsforschung) təşkil etdiyi konfransda iştirak ediblər. Konfransın əsas mövzusu rəqəmsal texnologiyalar və innovasiyalar olub. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bu sahədə beynəlxalq təcrübələrə dair geniş məlumat alıblar və müzakirələrə qoşulublar.

Sessiyalar zamanı rəqəmsal texnologiyaların iqtisadi inkişafa təsiri, innovasiya proseslərinin sürətləndirilməsi və müxtəlif sahələrdə tətbiqi kimi məsələlər diqqət mərkəzində olub. İİTKM nümayəndələri beynəlxalq ekspertlərlə fikir mübadiləsi apararaq öz təcrübələrini bölüşüblər. Tədbir innovasiya və rəqəmsal texnologiyaların tətbiqinə dair gələcək layihələrin planlaşdırılması baxımından faydalı olub.

https://ereforms.gov.az/az/media/xeberler/iitkm-emekdaslari-almaniyada-beynelxalq-konfransda-istirak-edibler-1166