BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər?
Azərbaycan BRICS-ə üzv olmaq üçün müraciət etdikdən sonra bu qlobal formata diqqət artıb. Bu ənənəvi qarşılıqlı əlaqə formatı deyil. Burada, məsələn, daimi katiblik yoxdur. Müzakirələr qarşılıqlı maraq doğuran ayrı-ayrı mövzular üzrə aparılır. Əgər təşkilatın bütün iştirakçıları arasında konsensus yoxdursa, bu, daxili böhrana çevrilmir, sadəcə olaraq müəyyən mövzular və layihələr üzrə ölkələrarası qruplaşmalar yaranır. Azərbaycanın maraq…
