ERMƏNİSTAN HEÇ BİR HALDA MƏSULİYYƏTDƏN QAÇA BİLMƏYƏCƏK
Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində hələ də razılaşdırılmayan məsələlərdən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkməsidir. Əslində, Azərbaycan tərəfi bu qərarla Ermənistana münasibətdə böyük humanist addım atmış olur. Rəsmi İrəvan Bakının bu addımını yüksək qiymətləndirməli, digər razılaşdırılmayan məsələlərdə kompramis yolları barədə fikirləşməlidir. Çünki Azərbaycanın irəli sürdüyü təzminat Ermənistanın bir dövlət kimi məhvinə…
