Aİ-nin Ermənistandakı missiyası (EUMA) sərhədlərin müəyyənləşdirilməsi prosesində maneəyə çevriləcəkmi?!
EUMA-nın tarixi 2022-ci ilin oktyabrında imzalanmış Praqa sazişlərinə gedib çıxır. Missiya cəmi iki ay davam etməli, bu müddət ərzində sülh müqaviləsi imzalanmalı idi. Bu, Azərbaycanla razılaşdırılmış qərar idi. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Qarabağla bağlı qəbuledilməz bəyanatlar verdi. İki həftə sonra isə Paşinyan Soçidə Rusiya prezidentinin “status məsələsi”nin təxirə salınmasını nəzərdə tutan sülh müqaviləsi…
