AZƏRBAYCAN ERMƏNİSTAN ÜZƏRİNDƏ HƏRBİ ÜSTÜNLÜYÜNÜ DAVAMLI OLARAQ ARTIRIR
İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı müxtəlif vasitələrlə dəyişməyə çalışan, bu məqsədlə müntəzəm olaraq hərbi-siyasi təxribatlara əl atan Ermənistan hər dəfə daha ciddi zərbə alıb, uğursuzluğa düçar olub. Ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə bu ölkənin ərazilərimizdə ikinci erməni dövləti yaratmaq xülyalarına…
