Ramil Hüseyn müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda respublika elmi-praktik konfransında çıxış edib. “Azərbaycanın iqtisadi təhlükəsizliyinin yaşıl enerjiyə keçid vasitəsilə gücləndirilməsi” mövzusunda çıxış edən R.Hüseyn bildirib ki, Azərbaycanın quruda və dənizdə bərpa…
