AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ STRATEJİ MÜTTƏFİQLİK SƏVİYYƏSİNƏ YÜKSƏLİB
Son illərdə Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişafı xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi regional diplomatiyada yeni mərhələnin əsasını qoyur. Keçən il Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə” təkcə iki ölkə arasında dostluğun təsdiqi deyil, həm də siyasi, iqtisadi və…
