SÜLH RAZILAŞMALARI ERMƏNİSTANDAKI RADİKAL-REVANŞİST QÜVVƏLƏRİN SONUNU GƏTİRİB

Ermənistanın radikal-revanşist qüvvələri xeyli müddətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin guya “Cermuk istiqamətində mövqelərini dəyişməsi və irəliləməsi” barədə yalan və əsassız informasiyaları dövriyyəyə buraxaraq informasiya manipulyasiyalarına yol verirlər. Hər iki ölkənin Müdafiə nazirlikləri təxribat xarakterli bu informasiyaları təkzib etsə də, həmin qüvvələr əllərində peyk materiallarının olduğunu bildirməklə, çaşqınlıq yaratmağa, bu məkrli təbliğatı davam etdirməyə çalışırlar. Aşkar…

ətraflı

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SÜRƏTLƏNƏCƏK: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLH BU PROSESDƏ YENİ İMKANLAR AÇIR

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması fonunda iki ölkə arasında münasibətlərin artıq yaxın perspektivdə tamamilə fərqli mərhələyə qədəm qoyacağına ümidlər artır.  Ermənistan sülh üçün yeganə əngəli – konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırdıqdan sonra  iki ölkə sülh və əməkdaşlıq şəraitində yaşayacaq. Bu, təkcə Azərbaycan və Ermənistanın yox, ümumən bütün Cənubi Qafqazın gələcəyi…

ətraflı

Sualtı daşların üzə çıxarılması sülh prosesi üçün risk yarada bilər

Vaşinqton görüşlərindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni reallığa uyğunlaşma prosesi gedir. Birgə Bəyannamədə qeyd olunan bəzi istiqamətlər əsasında Sülh prosesi aydın çərçivə qazanıb: ATƏT-in Minsk qrupunun buraxılması, TRIPP/Zəngəzur dəhlizi üzrə erməni-amerikan konsorsiumunun yaradılması, sərhədin müəyyənləşdirilməsinin ikitərəfli hökumətlərarası komissiya çərçivəsində həll edilməsi və əlavə etimad artırıcı tədbirlər. Vaşinqton görüşü, tərəflərin bir-birinə qarşı istifadə etmədiyi…

ətraflı

AZƏRBAYCANIN TRANZİT-LOGİSTİKA İMKANLARI DƏNİZƏ ÇIXIŞI OLMAYAN ÖLKƏLƏR ÜÇÜN DƏ MÜSTƏSNA ƏHƏMİYYƏT KƏSB EDİR

Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı bir çox parametrlər baxımından dünya miqyasında xüsusi diqqət mərkəzində yer alır. Çünki bu tədbirin nəticələri böyük bir coğrafi məkanda geoiqtisadi, hətta geosiyasi müstəvidə mühüm dəyişikliklərə rəvac vermək iqtidarındadır. BMT-nin baş katibi Antonio Quterreşin tədbir çərçivəsində səsləndirdiyi fikirlər də…

ətraflı

İrəli getmək üçün İrəvan siyasi iradəsini millətçi təzyiqə qurban verməməlidir

2025-ci ilin avqust ayında ABŞ paytaxtı Vaşinqtonda keçirilən üçtərəfli görüşlər Cənubi Qafqazın uzun müddətdir davam edən mürəkkəb münaqişələrin başa çatdığına yeni ümidlər gətirdi. Azərbaycan, Ermənistan və ABŞ arasında aparılan danışıqların əsas məqsədi regionda sülh müqaviləsinin paraflanması və bu yolla illərdir davam edən qarşıdurmanın yekun həllinə nail olmaq idi. Vaşinqton görüşü təkcə diplomatik platforma olmaqla kifayətlənmədi,…

ətraflı

“TRAMP SÜLH YOLU” – CƏNUBİ QAFQAZDA SABİTLİYƏ VƏ REGİONAL ƏMƏKDAŞLIĞA TƏMİNAT

Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq qlobal güclərin, bölgə dövlətlərinin və transmilli şirkətlərin diqqət mərkəzindədir. Bu region hazırda sadəcə enerji resurslarının ötürüldüyü tranzit zonası deyil, həm də yeni iqtisadi-siyasi əməkdaşlıq platformalarının formalaşdığı strateji mərkəzə çevrilir. Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi – “Tramp sülh yolu” (TRIPP) layihəsi bu baxımdan əlahiddə əhəmiyyətə malikdir. Prezident İlham…

ətraflı

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLHÜ ƏNGƏLLƏYƏN SONUNCU MANEƏNİN DƏ ARADAN QALDIRILMASI PROSESİ SÜRƏTLƏNİR

Bakı və İrəvan arasında paraflanmış sülh müqaviləsinin imzalanması yolunda sonuncu maneə hesab olunan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması prosesi məlum Vaşinqton görüşündən sonra daha dinamik xarakter almağa başlayıb. Artıq bu fonda bəlli olub ki, Ermənistan Konstitusiyasının İslahatlar Şurası ölkənin baş qanununun yeni redaksiyasının hazırlanmasına həsr olunmuş bir sıra iclaslar keçirəcək. Qeyd etmək lazımdır ki, bu…

ətraflı

ERMƏNİSTAN MÜXALİFƏTİ İNDİ DƏ XARİCİ QÜVVƏLƏRİN KÖMƏYİ İLƏ SÜLH PROSESİNƏ ƏNGƏL OLMAĞA ÇALIŞIR

Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımlar, bu istiqamətdə görülən işlərin tədricən öz məntiqi yekunlarına yaxınlaşması müəyyən qüvvələrin ciddi narazılığına və narahatlığına səbəb olub. Bu müstəvidə Ermənistanın radikal müxalifətinin olduqca aqressiv mövqe sərgiləməsi, hər vəchlə sülh prosesini pozmağa can atması da özünü qabarıq şəkildə büruzə verir. Amma məsələ burasındadır ki, sözügedən qüvvələrin erməni cəmiyyətində hansısa…

ətraflı

ERMƏNİ DİASPORUNUN MƏKRLİ TƏBLİĞATI İFLASA UĞRAYIR

Erməni lobbisi və diasporunun uzun illər ərzində beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə həyata keçirdiyi məkrli və manipulyativ informasiya təbliğatı artıq iflasa uğrayıb. Tarixi saxtalaşdırmalara, emosional ritorikaya və birtərəfli yanaşmalara əsaslanan bu “kampaniyalar” artıq beynəlxalq arenada ciddi qəbul edilmir. Mövcud geosiyasi reallıqlara, beynəlxalq hüquqa əsaslanan Azərbaycanın haqlı mövqeyi hazırda daha çox beynəlxalq təşkilat və dövlət tərəfindən dəstəklənir….

ətraflı

AZƏRBAYCAN ÜÇÜN YENİ GEOSİYASİ VƏ GEOİQTİSADİ İMKANLAR YARANIR

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət başçısı Donald Tramp tərəfindən imzalanan bəyannamə digər məsələlərlə yanaşı,  ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması prosesini də tezləşdirəcək. İndi dünya miqyasında da etiraf olunur ki, razılaşmanın ən mühüm bəndlərindən biri Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı strateji dəhlizin yaradılmasıdır. Bu…

ətraflı