VAŞİNQTON RAZILAŞMASINI İNKAR ETMƏK ERMƏNİSTANI YENİ TƏCRİDƏ APARACAQ

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, Prezident Donald Trampın iştirakı ilə parafladıqları sənəd Cənubi Qafqaz tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də göstərir ki, söhbət sadəcə diplomatik anlaşmadan yox, 30 ildən artıq davam edən münaqişənin rəsmi olaraq bitməsindən gedir. Ona görə də bu sənədin əhəmiyyəti təkcə Bakı və İrəvanla…

ətraflı

MİNSK QRUPUNUN DE-YURE LƏĞVİ RƏSMİ BAKININ NÖVBƏTİ DİPLOMATİK UĞURUDUR

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistanla aparılan danışıqlar prosesində əsas tələblərindən biri də uzun illər fəaliyyətsiz qalmış, mahiyyətini itirmiş beynəlxalq mexanizmlərin – xüsusilə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların ləğvi olub. Belə ki, 1992-ci ildən 2020-ci ilədək müddətdə təşkilat münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıb, işğal faktının aradan qaldırılması üçün Ermənistana təsir…

ətraflı

Türkmənbaşı zirvəsi: Azərbaycan–Türkmənistan–Özbəkistan tərəfdaşlığının yeni strateji mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında Türkmənbaşı şəhərində baş tutan yüksək səviyyəli görüş zamanı imzalanan sənədlər regionun geoiqtisadi konturlarını dəyişmək potensialına malik olmaqla sistemli əməkdaşlığın əsasını qoydu. Bu razılaşmalar həm ikitərəfli, həm də üçtərəfli formatda Türk dünyası ölkələrinin enerji, nəqliyyat, logistika, şəhərsalma və…

ətraflı

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulur. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu…

ətraflı

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Kəlbəcərdə yol infrastrukturu və yaşayış məntəqələrinin paralel tikintisi regionun davamlı inkişafını təmin edir

Böyük Qayıdış I Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərin bərpası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində işlər uğurla davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, bugün Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin…

ətraflı

Kəlbəcərin milli iqtisadiyyata töhfəsi böyük olacaq

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası…

ətraflı

ERMƏNİSTANIN ÇIXIŞ YOLU TÜRKİYƏ VƏ AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDIR

Ermənistan Cənubi Qafqazda təcrid durumundan çıxmaq, yeni əməkdaşlıq imkanları qazanmaq baxımından tarixi seçim qarşısındadır. Məsələ burasındadır ki, uzun illər ərzində işğalçılıq üzərində qurulan siyasəti bu ölkəni regional əməkdaşlıqdan kənarda saxlayıb, özünütəcrud durumuna salıb, sosial-iqtisadi problemlərini dərinləşdirib. Azərbaycanla Yekun Sülh Sazişinin hələ də imzalanmaması Ermənistanı özünütəcrid durumunda saxlayır, mühüm iqtisadi dividendlərdən məhrum edir. Cənubi Qafqazda dalana…

ətraflı

RUSİYA AZƏRBAYCANA QARŞI DÜŞMƏNÇİLİK FƏALİYYƏTİNİN MƏRKƏZİ AĞIRLIĞINI UKRAYNA ƏRAZİSİNƏ KEÇİRİR

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bəri postsovet məkanında münasibətlər konfiuqrasiyası da ciddi transformasiyalara məruz qalıb. Mövcud vəziyyətdə Cənubi Qafqazda mövqeyini saxlamaq istəyən Kreml Azərbaycana qarşı getdikcə daha çox düşmənçilik siyasəti yürütməyə başlayıb ki, bu da Ukrayna hadisələri kontekstində özünü açıq şəkildə büruzə verir. Öncə o məqama xüsusi diqqət edilməlidir ki, Rusiya…

ətraflı

ZƏNGƏZUR DƏHLİZİNƏ XARİCİ MÜDAXİLƏLƏR SIFIRLANIR, ARTIQ ERMƏNİSTAN DA ÖZ ƏRAZİSİNDƏ KONKRET İŞLƏRƏ START VERİR

Müəyyən kənar güclərin etirazına baxmayaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində artıq rəsmi İrəvan da praktiki addımlar atmağa başlayıb. İndi erməni tərəfi Vaşinqtonda üzərinə götürdüyü öhdəliklər kontekstində ABŞ ilə birlikdə yaxın tezlikdə dəhlizin açılmasını reallaşdırmaq niyyətindədir. Elə bu günlərdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, dəhliz…

ətraflı

AZƏRBAYCAN AVROPA İLƏ MƏRKƏZİ ASİYA ARASINDA ƏMƏKDAŞLIQ KÖRPÜSÜ YARADIR

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Azərbaycan, Özbəkistan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli toplantı regionun gələcək geosiyasi mənzərəsinə və iqtisadi əməkdaşlıq modellərinə dair mühüm mesajlar verir. Tədbirin əsas təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uzun illərdir ki, nüfuzlu beynəlxalq dialoq platformasına çevrilib. Qurum dünyanın nüfuzlu siyasətçilərini, ekspertlərini, ictimai xadimlərini və müxtəlif sahələrdən…

ətraflı